“Əks təqdirdə Türkiyə lazım gələni yerinə yetirəcəkdir”, F.İşıq

Milli müdafiə naziri Fikri İşıq Cerablusa nəzarətin avqustun 24-də mümkün olduğunu, bugün isə təmizlik fəaliyyətlərinin davam etdiyini bildirib.

559121

Əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrindən yaralanan olmadığını bildirən nazir “Azad Suriya Ordusu”nda iki əsgərin şəhid olduğunu, 2 əsgərin isə yaralandığını söyləyib.

Milli Müdafiə naziri İşıq özəl telekanallardan birində gündəmi dəğərləndirərək deyib ki, əməliyyat haqqında Rusiya, ABŞ və İrana daha əvvəl məlumat verilmişdir.

Nazir PYD-yə də Fəratın qərbinə keçməməsi barədə sərt şəkildə xəbərdarlıq edərək bildirib ki, PYD mütləq Fəratın şərqinə çəkiləcək. Mümkün olduğu qədər toqquşma olmamasına səy göstəririk. Əsas diqqət yetirilməsi lazım olan PYD və DEAŞ-dır. PYD və DEAŞ məntiqli olsalar toqquşmadan çəkilirlər. Əks təqdirdə Türkiyə lazım gələni yerinə yetirəcəkdir.

Әlaqәli Xәbәrlәr