"Fırat Qalxanı" hərəkatı tezliklə sona çatacaq”, N.Kurtulmuş

N.Kurtulmuş Türkiyə Silahlı Qüvvələrinin Cerablusa təşkil etdiyi "Fırat Qalxanı" hərəkatını qiymətləndirib

559326
"Fırat Qalxanı" hərəkatı tezliklə sona çatacaq”, N.Kurtulmuş

  Türkiyənin Baş nazir yardımçısı Numan Kurtulmuş: “Türkiyə Suriyanın şimal bölgəsindən gələn hər cür terror hücumunun qarşısını almaqda qərarlıdır”, - deyib.

  N.Kurtulmuş Türkiyə Silahlı Qüvvələrinin Cerablusa təşkil etdiyi "Fırat Qalxanı" hərəkatını qiymətləndirib: "Oradakı bütün terror təşkilatlarını süpürəcəyik, Türkiyəyə təhdid meydana gətirmələrinə icazə etməyəcəyik".

  Türkiyənin Suriyanın ərazi bütövlüyünü müdafiə etdiyini xatırladan Kurtulmuş onu da deyib ki: "İnşaallah, Cerablus əməliyyatı qərarlı, sürətli, tez və nəticəli şəkildə sona çatacaq… Biz beynəlxalq ictimaiyyəti Suriyada qalıcı sülhün təmin edilməsinə çağırırıq”.



Әlaqәli Xәbәrlәr