Con Kerri: “PYD/YPG qüvvələri Fəratın şərqinə çəkilməkdə davam edir”

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

558957
Con Kerri: “PYD/YPG qüvvələri Fəratın şərqinə çəkilməkdə davam edir”

ABŞ dövlət katibi Con Kerri  Suriyadakı PYD/YPG qüvvələrinin Fəratın şərqinə çəkilməkdə davam etdiyini bildirib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Diplomatik mənbələrdən əldə edilən məlumata əsasən, Kerrinin istəyi ilə baş tutan telefon danışığında Suriyadakı toqquşmaların dayandırılması və daimi atəşkəsin təmin edilməsi başda olmaqla Suriyanın gələcəyi ilə bağlı göstərilən cəhdlər müzakirə edilib.

Görüşdə Cerablusa istiqamətli “Fırat Kalkanı” adlandırılan əməliyyata dair də fikir mübadiləsi aparılıb və bu mövzuda iki ölkə arasındakı əməkdaşlığın davam etməsi barədə həmrəy olunub.

PYD/YPG qüvvələrinin Fəratın qərbinə keçməmələri məsələsinin də gündəmə salındığı telefon danışığında Kerri bu qüvvələrin Fəratın şərqinə çəkilməkdə davam etdiklərini söyləyib.

Görüşdə həmçinin İraq və Suriyada DEAŞ ilə mübarizənin əməkdaşlıq içində davam edəcəyi məsələsi də vurğulanıb.

Bu arada koalisiya qüvvələrinin sözçüsü Suriya demokratik qüvvələrin Rakka şəhərini DEAŞ-dan xilas etmək üçün Fəratın şərqinə çəkildiyini bildirib.



Әlaqәli Xәbәrlәr