Terror tǝşkilatı Fǝto-nun başçısı Gülǝni Türkiyǝyǝ ekstradisiya edilmǝli

Türkiyənin müttǝfiqi ABŞ, Fetullahci Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi (feto / PDY)-nin quldur başçısı Fətullah Güləni Türkiyǝyǝ tǝhvil vermǝlidir. Bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.

558363
Terror tǝşkilatı Fǝto-nun başçısı Gülǝni Türkiyǝyǝ ekstradisiya edilmǝli

Dövlǝt başçısı Rǝcǝb Tayyıp Ərdoğan, Ankarada əlillərin dövlǝt tǝşkilatlarında mǝşqulluqla tǝmin edilmǝlǝri mǝqlǝdiylǝ tǝşkil edilǝn püşk atma mǝrasimindǝki çıxışında, Gülǝnin Türkiyǝyǝ ekstradisiyası mövzusunun bu gün Ankarada sǝfǝrdǝ olan ABŞ-ın vitse-prezidenti Joe Biden ilə keçirǝcǝyi görüş zamanı gündǝmǝ salınacağını, Cǝnab Bidena quldur başçısı Gülənin 1999dan bǝri ABŞ-da yaşadığını, xüsusi ikamǝt icazəsi ilǝ tǝmin edildiyini xatırladacağını bildirib.

Ekstradisiya müqaviləsi tǝlǝb edir ki, ölkǝnizdǝ yaşayan cinayǝtkar, vǝtǝndaşı olduğu ölkǝyǝ qaytarılsın deyǝn prezident Ərdoğan, “Bu gün Biden ilǝ keçirǝcǝyim görüş zamanı bu ifadǝ edǝcǝyǝm. Türkiyǝ ilǝ ABŞ-ın iki strateji ortaq olduğu hǝr fürsǝtdǝ sǝslǝndirilir. Bǝs Amerika belǝ bir cinayǝtkarı qorumaqdan  imtina  edǝrǝk  ekstradisiyası  üçün  lazımlı   addımı  atmalıdır”  deyǝ  vurğulayıb..  



Әlaqәli Xәbәrlәr