Türkiyə Silahlı Qüvvələri PKK və DAEŞ-ə qarşı qəti mübarizəsini davam etdirir

Separatçı təşkilat PKK-nın Suriyadakı davamı PYD-nin Hələb şəhərinin Menbiç qəsəbəsinin şimalında yerləşən mövqeləri top atəşinə tutulur.

557149
Türkiyə Silahlı Qüvvələri PKK və DAEŞ-ə qarşı qəti mübarizəsini davam etdirir

Menbiç Suriyanın olduğu qədər bölgənin də qıfıl qəsəbəsidir. Fırat çayının qərbində yerləşən qəsəbə ötən həftə PYD terroristlərinin nəzarətinə keçmişdi.

Digər qanlı təşkilat DAEŞ-in Hələbin Cerablus qəsəbəsində yerləşən mövqelərinə də ağır silahlardan atəş açılıb.

Qeyd edək ki, Qaziantepin Karkamış qəsəbəsi ilə üzbəüz yerləşən Cerablusdan Türkiyə tərəfə atılan güllələr insan itkisi və yaralanmalara səbəb olurdu.


Etiketlәr: #PKK , #Suriya , #PYD , #Menbiç

Әlaqәli Xәbәrlәr