"Türkiyənin sabitliyi həm regional həm də beynəlxalq təhlükəsizlik üçün əhəmiyyətlidir", A.Qalbur

Moldova Baş nazirinin müavini və Xarici İşlər naziri Andrey Qalbur Türkiyənin sabitliyinin həm regional həm də beynəlxalq təhlükəsizlik üçün əhəmiyyətli olduğunu söyləyib.

557549

Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəvətilə Ankarada səfərdə olan Andrey Qalbur Türkiyə-Moldava əlaqələri və regional proseslər haqqında Anadolu xəbər agentliyinə məlumat verib.

Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyuldakı çevriliş cəhdi zamanı yaşananları dərin kədərlə izlədiyini dilə gətirən Qalbur deyib ki, Türkiyədə demokratik yollardan seçilmiş dövlət qurumlarına  qarşı zorakılıq təşəbbüsünü pisləyirik.

Türkiyənin sabitliyi həm regional həm də beynəlxalq təhlükəsizlik üçün əhəmiyyət daşıdığını da vurğulayan Qalbur bu çərçivədə çevriliş cəhdi zamanı həyatlarını itirənlər üçün başsağlığı diləyib.

Türkiyədən iş adamlarını Moldovada yatırım qoymağa çağıran qonaq nazir Türkiyənin xüsusilə Qaqauziya ilə əlaqələrini daha güclənirməsinə üstünlük verdiklərini, həmin çərçivədə Türkiyənin təlim sahəsində dəstək olmasını söyləyib.

Әlaqәli Xәbәrlәr