Türkiyə Avstriyadakı səfirini geri çağırır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Vyanadakı səfirini məsləhətləşmələr və Avstriya ilə əlaqələrini nəzərdən keçirmək üçün Ankaraya çağırdıqlarını bildlrdi.

557140
Türkiyə Avstriyadakı səfirini geri çağırır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  Avstriya ilə əlaqələr və əməkdaşlığın normal davam etməsi üçün zəminin ortadan qalxdığını bildirərək: "Vyana səfirimizi məsləhətləşmələr və əlaqələrimizi nəzərdən keçirmək üçün Ankaraya çağırdıq" dedi.
 
 Xarici işlər naziri  Moldova xarici işlər naziri Andrey Qalbur ilə təkbətək və heyətlər arası görüşlərdən sonra birgə mətbuat konfransı keçirdi.
 
 Çavuşoğlu Vyanada PKK tərəfdarlarının təşkil etdiyi mitinqə dair verilən suala Avstriyanın son dövrdə getdikcə artan ksenofobiya və  irqçiliyin mərkəzi olan bir ölkə halına gəldiyini söylədi.
 
 Bu ölkənin Avropa və Avstriya xalqında Türkiyə əleyhinə rəy formalaşdırmaq  üçün atdığı addımlar, Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinə qarşı çıxması və təhdid etməsinin dost münasibəti olmadığını qeyd edən Çavuşoğlu: "Dövlət çevrilişi cəhdi zamanı və sonra da Türkiyəyə dəstək vermədilər.  Tamamilə əks bir mövqe nümayiş etdirdilər" deyə danışdı.

Türk vətəndaşları və soydaşlarının Türk demokratiyasına dəstək vermək məqsədi daşıyan sülh mitinqinə bu ölkədə icazə verilmədiyini deyən Çavuşoğlu: "Biz də onlara: "toplaşma azadlığı dərsi verməyə çalışırsınız, lakin sülh məramlı mitinqə icazə vermirsiniz" dedik. Amma gördük ki, terror təşkilatı PKK və tərəfdarlarına Vyanada mitinq keçirməyə icazə veriblər. Bunun səmimiyyətə uyğun olmadığını bilirik. Bu səbəbdən terrora dəstək verən bu mövqeyinə laqeyd qala bilmərik" dedi.
 
 



Әlaqәli Xәbәrlәr