Mövlud Çavuşoğlu:"FETÖ dünya miqyasında fəaliyyət göstərən gizli cinayət şəbəkəsidir"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fətullahçı Terror Təşkilatı (FETÖ) həm dünya miqyasında fəaliyyət göstərən gizli bir cinayət şəbəkəsi olduğunu Hindistanda keçirilən görüşlərdə də gündəmə gətirdiklərini bildirdi.

557144
Mövlud Çavuşoğlu:"FETÖ dünya miqyasında fəaliyyət göstərən gizli cinayət şəbəkəsidir"

 Mövlud Çavuşoğlu 19 avqustda həyaya keçirdiyi Hindistan səfəri zamanı PTİ İnformasiya Agentliyinə verdiyi müsahibədə FETÖ-nün dövlət çevrilişi cəhdindən sonra Hindistanın xarici işlər naziri Sushma Swarajın Türkiyəyə verdiyi dəstəyi minnətdarlıqla qarşıladıqlarını bildirdi.
 
 "Təəssüf ki, FETÖ müxtəlif dərnək və məktəblər vasitəsilə Hindistana da sızıb" ifadəsini işlədən Çavuşoğlu, FETÖ-nün dünya miqyasında fəaliyyət göstərən gizli bir cinayət şəbəkəsi olduğunu, təşkilatın fəaliyyət göstərdiyi ölkələrdəki mövcudluğuna son qoyulması üçün cəhdlər göstərildiyini bildirdi.
 
 Terrorizmin bütün növlərinin demokratiya üçün  təhdid olduğunu, terrorizmə qarşı məlumat mübadiləsinin, ikili və çoxtərəfli əməkdaşlıq və həmrəyliyin mühüm olduğunu qeyd edən Çavuşoğlu, Türkiyə və Hindistanın da bunun üzərində mərkəzləşdiyini qeyd etdi.
 
 Suriyadakı vəziyyətdən narahat olduğunu, Türkiyənin Suriyadakı münaqişələrdən birbaşa əziyyət çəkdiyinə işarə edən Mövlud Çavuşoğlu: "Beynəlxalq cəmiyyət Suriyada ehtiyac duyulan siyasi dəyişikliyi təmin etmək üçün birlikdə işləməlidir. Bu, sadəcə ölkədəki münaqişəni bitirmək üçün başlıca şərt deyil, terrorizmlə səmərəli mübarizə üçün  zərurətdir" dedi.
 
 Türkiyə və Hindistan arasında iqtisadi əlaqələrə də toxunan Çavuşoğlu, əlaqələri inkişaf etdirməyi hədəfləyən Genişmiqyaslı İqtisadi Əməkdaşlıq Müqaviləsinin imzalanması istiqamətində hazırlanan hesabatın 2011-ci ilin fevral ayından etibarən Hindistan tərəfinin təsdiqini gözlədiyinə diqqəti çəkərək, müqavilənin  imzalanması halında ikitərəfli iqtisadi və ticarət əlaqələrinin güclənəcəyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr