Aİ-Türkiyə arasında immiqrantlara dair əldə olunan razılaşma qüvvədən düşərsə

İtaliyanın Baş naziri Matteo Renzi, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland İtaliyada bir araya gəlib.

557241
Aİ-Türkiyə arasında immiqrantlara dair əldə olunan razılaşma qüvvədən düşərsə

Böyük Britaniyanın Avropa İttifaqından ayrılması qərarı, (Brexit) təhlükəsizlik, immiqrant böhranı və iqtisadi inkişafa dair məsələlərin müzakirə olunduğu üçtərəfli görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Almaniya kansleri Angela Merkel çıxışında Türkiyə ilə immiqrantlara dair razılaşmanın müsbət addım olduğunu, əks halda insan qaçaqmalçılığına qarşı mübarizənin nəticəsiz qalacağını vurğulayıb.

“Sahil Təhlükəsizlik Qüvvələri təkbaşına dəniz sərhədlərinə nəzarəti təmin edə bilməz. Bunun üçün daha çox işlər görülməlidir.”-deyən Angela Merkel İtaliya və Fransanın tez-tez dilə gətirdiyi Avropa İttifaqı siyasətində iqtisadi inkişafın artması fikri ilə həmrəy olmadığını bildirib. Almaniya baş naziri Avropa gənclərinin gələcəklərinin sığortalanmasını, gənclərin isə Avropa təhsilini dünyaya yaymasının vacibiliyinə diqqəti çəkib.

Böyük Britaniyanın Avropa İttifaqından ayrılması qərarını qiymətləndirən İtaliya Baş naziri Matteo Renzi Brexitdən sonra qurumun iflasa uğurayacağına dair səslənən fikirləri tənqid edib. Baş nazir ingilis seçicilərinin qərarına hörmət etdiklərini, İttifaqda isə yeni bir səhifə açılmasını istədiklərini bildirib.

Qaçqın böhranına də toxunan Matteo Renzi vurğulayıb ki, Aralıq dənizində həyatlarını təhlükəyə atanları xilas etmək Avropa üçün zəruridir. Mövcud problemin həllində isə bərabər işin vacidliyinə diqqəti çəkən İtaliya Baş naziri: kimin ehtiyacı varsa, kömək etmək lazımdır-deyə bildirib.

Fransa prezidenti Fransua Olland da çıxışında Avropanın sərhəd təhlükəsizliyi və immiqrant böhranına geniş yer verib.

Şengen sahəsi daxilində terrorla mübarizədə geniş əməkdaşlıq ümidini dilə gətirən Fransa prezidenti Avropa xalqının müdafiəsinə ehtiyac olduğunu bildirib.

Suriyanın Hələb şəhərində baş verən faciəyə də diqqəti çəkən Fransua Olland: “Əgər, bir tədbir görməsək, Hələbdə baş verən dram bütün beynəlxalq cəmiyyətin utanc yeri olacaq”-deyə xəbərdarlıq edib.

Fransa prezidenti Böyük Birtaniyanın Avropa İttifaqından ayrılmasının iqtisadiyyatda qeyri-müəyyənlik yaratdığını bildirib və bunun tezliklə aradan qaldırılmasına ehtiyac duyulduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr