ABŞ-ın Ankaraya  göndǝrdiyi  nümayǝndǝ heyǝti danışıqlara başlayıb

Fǝtullahçı Terror Təşkilatı (fǝto)-nun quldur başçısı Fətullah Gülənin Türkiyǝyǝ qaytarılması mǝsǝlǝsi ilǝ ǝlaqǝli Ankaraya gǝlǝn ABŞ nümayǝndǝ heyǝtinin rǝsmi danışıqları başlayıb.

557563
ABŞ-ın Ankaraya  göndǝrdiyi  nümayǝndǝ heyǝti danışıqlara başlayıb

ABŞ Ədliyǝ Nazirliyi vǝ dövlǝt katibliyinin ǝmǝkdaşlarından tǝşkil tapan nümayǝndǝ heyǝti Ədliyyə Nazirliyi yanında Beynəlxalq hüquq və Xarici Əlaqələr idarǝsi səlahiyyətliləriylə bir araya gǝlib.

İki gün davam edəcək danışıqlar çərçivəsində heyǝtǝ nazirliyin mǝsul ǝmǝkdaşları tǝrǝfindǝn Gülənin Türkiyǝyǝ tǝhvil verilmǝsi ilǝ ǝlaqǝli ABŞ göndǝrilǝn sǝnǝdlǝr haqda ǝtraflı mǝlumat verilir. Ədliyyə Nazirliyinin səlahiyyətliləri hǝmçinin 15 İyul çevriliş cǝhdinin Fəthullah Gülənin ǝmri ilǝ reallaşdırıldığına dair dəlilləri də Amerikalı həmkarlarına tǝqdim edǝcǝklǝr.

Xatırladaq ki rǝsmi Ankara, FƏTO-nun 15 iyul çevriliş cəhdindǝn dǝrhal sonra, Gülǝnin tǝhvil verilmǝsini tǝlǝb etmişdi. ABŞ Ədliyyə Nazirliyi isǝ Türkiyǝnin tǝlǝbinǝ bir mǝktub göndǝrǝrǝk cavab vermiş vǝ mövzu ilǝ bağlı danışıqların aparılması üçün Ankaraya bir heyǝt göndǝrilmǝsini tǝklif etmişdi.

Türkiyǝnin Ədliyǝ Nazirliyinin ABŞ-ın tǝklifini qǝbul etmǝsinǝ görǝ ABŞ üçü Ədliyǝ Nazirliyi, biri dǝ dövlǝt katibliyi mǝnsubu olamaqla 4 nümayǝndǝdǝn ibarǝt heyǝti Ankaraya göndǝrib.

 



Әlaqәli Xәbәrlәr