Türkiyə Silahlı Qüvvələri təhlükəsizlik tədbirləri görməkdə davam edir

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriya sərhədindəki təhlükəsizliyə dair fəaliyyətləri aramsız davam edir.

556427
Türkiyə Silahlı Qüvvələri təhlükəsizlik tədbirləri görməkdə davam edir

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriya sərhədindəki təhlükəsizliyə dair fəaliyyətləri aramsız davam edir.

Həmin çərçivədə son üç ildə Suriya sərhədində 239 km modular sabit beton divar qoyulub, 207 km uzunluqda divarın tikilməsi isə planlaşdırılıb. Həmçinin 49 km tikanlı məftil sistemi quraşdırılıb. Sərhəd məhtəqəsinə 401 km xəndək qazılıb, 86 km torpaq sədd çəkilib, 4 km sabit pərdə divar tamamlanıb.

Xüsusi ilə Qaziantep vilayətinin Kilis qəsəbəsi sərhəd məntəqəsində mühafizəli və gəniş nəzarət imkanı yaradan 57 ədəd beton qüllənin tikinti işləri başa çatıb. Sərhəddə vəzifəli hərbi dəstələrdə mövcud gecə və gündüz nəzarət sistemləri də müasir hala gətirilib və yeni sistemlər satın alınmaqda davam edir.

Sərhəd məntəqələrində vəzifəli hərbi dəstələrin mövcud təşkilatlanmaları yenidən tədqiq edildi, həssas olan bölgələrə əlavə qüvvələr və zirəhli texnikalar göndərildi.

Sərhəd məntəqəsində son iki ildə qeyri-qanuni yollardan qaçmaq istəyən 21 min 256 nəfərə mane olundu, 5 min 159 nəfər yaxalandı və 117 min 256 nəfərin keçməsinin qarşısı alındı.



Әlaqәli Xәbәrlәr