Ərdoğan: "Ehtimallar partlayışı terror təşkilatı DAİŞ-in törədiyini göstərir"

Ölənlərin ailələrinə şəxsi və milləti adından başsağlığı diləyən Ərdoğan bu prosesin həssaslığını eynilə qoruduğunu ifadə etmək istədiyini söyləyib.

556387
Ərdoğan: "Ehtimallar partlayışı terror təşkilatı DAİŞ-in törədiyini göstərir"

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatı DAİŞ-in Qaziantep şəhərində toy mərasimini qana bulayan xain hücumda 12-14 yaşlarında bir uşaqdan canlı bomba kimi istifadə etdiyini söyləyib.

Cumhurbaşkanı Recep Tayyip Erdoğan, terör örgütü DAİŞ'in, Gaziantep'te düğün merasimini kana bulayan hain saldırıda 12-14 yaşlarındaki bir çocuğu canlı bomba olarak kullandığını  söyledi.

Dövlət başçısı Ərdoğan İstanbul Bələdiyyəsini ziyarətindən sonra jurnalistlərə açıqlama verərək deyib ki, Qaziantep şəhərində törədilən terror hücumu ümumilikdə siirtli və vanlı vətəndaşların yaşadığı bir məhəllədə həyata keçirilib. Hal-hazırda ehtimallar onu göstərir ki, partlayışı terror təşkilatı DAİŞ törədib.

Ölənlərin ailələrinə şəxsi və milləti adından başsağlığı diləyən Ərdoğan bu prosesin həssaslığını eynilə qoruduğunu ifadə etmək istədiyini söyləyib.

“Birliyimizi, bərabərliyimizi daimi hala gətirərək bütün bu terror bəlasını dəf etməliyik.”deyən Dövlət başçısı Türkiyənin 15 iyulda olduğu kimi millətlə çiyin-çiyinə bu terror bəlasının öhdəsindən gələcəyini vurğulayıb.

Dövlət başçısı Ərdoğan ABŞ vitse-prezidenti Co Baydenın Türkiyəyə reallaşdıracağı səfər və Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdinin quldurbaşı Fətullah Gülənin qaytarılmasına dair suallara da cavab verərək deyib ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli Türkiyə 85 bağlama qovluğu ABŞ-na göndərdi. Amerikalı rəsmilərin sənədləri tədqiq etməyə başladıqlarını söyləmələri də qaneedici deyildir.

Dövlət başçısı günahkarların təhvil verilməsinə dair sazişin əsaslarının yerinə yetirilməsini gözlədiklərini, bunu açıq şəkildə Co Baydenə ifadə edəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr