Türkiyə Silahlı Qüvvələrindən  Gürcüstana yardım

Türkiyə Dəniz Qüvvələri Komandanlığı Gürcüstan Silahlı Qüvvələrinin Qara dənizin şərqində apardığı təlim zamanı itkin düşən iki gürcü hərbi dalğıcın xilasetmə işlərinə qoşulub.

556202
Türkiyə Silahlı Qüvvələrindən  Gürcüstana yardım

  
 Türkiyə Dəniz Qüvvələri Komandanlığından verilən məlumata görə, Gürcüstan Silahlı Qüvvələrinin Qara dənizin şərqində həyata keçirdiyi təlimdə dərinə dalma təlimi keçən iki gürcü hərbçi dalğıc avqustun 16-da itkin düşüblər.
 
 Gürcüstan orqanlarından Xarici İşlər Nazirliyinə gələn təcili yardım müraciəti əsasında itkin dalğıclar üçün axtarış və xilas etmə işləri aparmaq üçün avqustun 20-də  bölgəyə TCG AKÇAKOCA (M-268) adlı gəmini göndərilib.
 
 Gürcüstanın Müdafiə Naziri Levan Izoria, TCG AKÇAKOCA-ya gəlib.
 
 Gəmidə qonaq olan nazirə gəmi göstərilib və  xilasetmə planı haqqında məlumat verilib.
 
 Izoria  Türkiyəyə minnətdar olduğunu ifadə edib..


Әlaqәli Xәbәrlәr