"Partlayışı 12-14 yaşlı uşaq törədib, ölənlərin sayı 51 nəfərə çatıb", R.T.Ərdoğan

Dövlət başçısı 17-si ağır olmaqla 69 nəfərin də yaralandığı terror hücumunu ilkin məlümatlara görə DEAŞ-in həyata geçirdiğini ifadə edib.

555933
"Partlayışı 12-14 yaşlı uşaq törədib, ölənlərin sayı 51 nəfərə çatıb", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qaziantep şəhərində toy mərasimini qana bulayan terror hücumu nəticəsində aralarında uşaqların da olduğu 51 nəfərin həyatını itirdiyini, partlayışı törədən canlı bombanın 12-14 yaşlarında olduğunu söyləyib.

İstanbulda mövzu haqqında açıqlamaya verən Dövlət başçısı 17-si ağır olmaqla 69 nəfərin də yaralandığı terror hücumunu ilkin məlümatlara görə DEAŞ-in həyata geçirdiğini ifadə edib.

Qeyd edək ki,  Qaziantep şəhərində ibtidai məktəbin bağçasında keçirilən toyda törədilən terror aktında həyatını itirənlərin sayı 51-ə çatıb.

Ədalət və İnkişaf Partiyasının Gaziantep millət vəkili Mehmet Ərdoğan  DEAŞ və PKK kimi terror təşkilatlarının bu növ hücumları təşkil etdiklərinə işarə edərək:"Bunlarla mübarizəmiz davam edəcək" deyib.

Baş nazir Binəli Yıldırımın təlimatı ilə heyətlə Qaziantəpə gedən baş nazir müavini Mehmet Şimşək də hücumu lənətləyib.

Məqsədin Türkiyədəki dincliyi və sabitliyi pozmaq olduğunu  vurğulayan Mehmet Şimşək Gaziantep xalqını təxribatlara uymamağa  çağırıb.

Böyük bir oyunun oynandığının vurğulayan Şimşək millət olaraq sağlam düşüncə ilə böyük həmrəylik göstərərək bu problemlərin öhdəsindən gəlinəcəyini vurğulayıb.

Şimşək dövlətin terror təşkilatları ilə mübarizəsinin də qətiyyətlə davam edəcəyini qeyd etdi.

Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası da Gaziantep millət vəkillərini şəhərə göndərdi.

Qeyd edək ki, Qaziantepdə düz 4 il əvvəl separatçı təşkilat PKK-nın eyni gündə təşkil etdiyi qanlı hücumda 10 nəfər həlak olmuşdu.



Әlaqәli Xәbәrlәr