Türkiyə Böyük Millət Məclisi 1 oktyabra qədər tətilə çıxdı

Məclisin Baş Assambleyası qanunvericilik ilinin son günü 15 saat çalışdı

555520
Türkiyə Böyük Millət Məclisi 1 oktyabra qədər tətilə çıxdı

  Varlıq fondu qanun layihəsi qəbul edildi və İsraillə 31 may 2010-cu il tarixində yaşanan Mavi Mərmərə hadisəsi zamanı yaxınlarını itirən ailələrə təzminat ödənilməsilə bağlı müqavilə mətni işlənildi. 6 maddəlik bu razılaşmaya görə, İsrail 25 gün içində Türkiyəyə 20 milyon dollar təzminat ödəməlidir. O zaman İsrail və əsgərlərinə qaldırılan iddialar geri götürüləcək.

  Türkiyə Böyük Millət Məclisində Hakkari və Şırnakın statusu və torba qanununa uyğun olaraq universitetlərlə əlaqədar yeni maddələr də qəbul edilib. Belə ki, 15 iyul çevriliş cəhdi zamanı şəhid olan Xüsusi Qüvvələr komandiri Ömər Halisdemirin adı Niğde Universitetinə verilib və çevrilişə təşəbbüsdən sonra İzmirdə bağlanılan 2 özəl universitet dövlətin balansına keçirilib. Həmin ali məktəblərə Bakırçay Universiteti və Demokratiya Universiteti adları verilib.

  Sonda Türkiyə Böyük Millət Məclisi 1 oktyabra qədər tətilə çıxdığını elan edib.



Әlaqәli Xәbәrlәr