Terror təşkilatları çirkin əməllərini gerçəkləşdirə bilməyəcək: B.Yıldırım

Baş nazir Binali Yıldırım Türkiyədə fəaliyyət göstərən səfir və diplomatik nümayəndələrin şərəfinə Çankaya Köşkündə ziyafət verib.

554845
Terror təşkilatları çirkin əməllərini gerçəkləşdirə bilməyəcək: B.Yıldırım

Baş nazir Binali Yıldırım Türkiyədə fəaliyyət göstərən səfir və diplomatik nümayəndələrin şərəfinə Çankaya Köşkündə ziyafət verib.

Vətəndaş, polis, əsgər ayrı-seçkiliyi etmədən, qadın, uşaq demədən insanları vəhşicəsinə qətlə yetirən separatçı terror təşkilatı PKK-nın iyrənc əməlini davam etdirdiyinə diqqəti çəkən Baş nazir dünyada sülh və sabitliyi pozan bütün terror təşkilatlarını lənətləyib. Terror təşkilatlarının bir-biri ilə əməkdaşlıq edərək demokratiya, hüquqa, xalqa mərhəmət göstərmədən təhlükə yaratdığını deyən Baş nazir vurğulayıb ki, terror təşkilatları və hər kəs bunu bilsin ki, nə Türkiyədə, nə də dünyanın başqa yerlərində əsla nəticəyə çata bilməyəcək və çirkin əməllərini gerçəkləşdirmələrinə icazə verilməyəcək.

Binali Yıldırım 15 iyul uğursuz çeviriliş təşəbbüsündən sonra Ankarada olan səfirlər və diplomatların Məclisdə təşkil edilən fövqəladə toplantıda iştiraklarına görə təşəkkür edib. Baş nazir hadisədən sonra ilk dəfə 100-dən çox səfir və diplomatla bir araya gəldiyini deyib və bunun davam edəcəyinə ümidini ifadə edib. Türkiyədə baş verənlər haqqında onların birbaşa məlumatlandırılması və fikirlərinin alınmasının əhəmiyyətli olduğunu bildirib.

Türkiyədə çevirilişə cəhd edənlərin özlərinin çevirilşə məruz qaldığını bildirən Binali Yıldırım: Parisdə Şarli Ebdo hadisəsindən sonra dünya ölkələrinin liderləri axın-axın oraya getdi. Türkiyə də, inkişaf etmiş demokratiyaya malik olan ölkə kimi hər kəsin buraya gəlib bizimlə həmrəyliyini gözləyərdik.-deyə əlavə edib.

Türkiyə iqtisadiyyatının hər hansı bir zərbəyə nə qədər dayanıqlı olduğunu 15 İyuldan sonra bir daha təsdiqləndiyini vurğulayan Binali Yıldırım təəssüflə əlavə edib ki, bəzi kredit dəyərləndirmə təşkilatları tələsik qərar verərək, müxtəlif mənfi yerlər tutdu. Baş nazir ölkənin ticari bazarında vəziyyətin əvvəlkindən daha yaxşı olduğunu və bunun davam edəcəyini deyib.



Әlaqәli Xәbәrlәr