R.T.Әrdoğan: ''PKK-nın terror aktlarının arxasında FETÖ dayanır''

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan terror tәşkilatı PKK-nın törәtdiyi terror aktının arxasında  Fәtullahçı Terror Tәşkilatı  (FETÖ) olduğunu  söylәyib.

554813
R.T.Әrdoğan: ''PKK-nın terror aktlarının arxasında FETÖ dayanır''

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan terror tәşkilatı PKK-nın törәtdiyi terror aktının arxasında  Fәtullahçı Terror Tәşkilatı  (FETÖ) olduğunu  söylәyib.

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan İslam Dünyası Vәtәndaş Cәmiyyәti Tәşkilatı Birliyinin tәmsilçilәrini Prezident İqamәtgahında qәbul edib.

Çıxışı zamanı  ötәn  gün  Elazığda törәdilәn terror aktına toxuna Әrdoğan  hücumun mәqsәdinin sadәcә qan tökmәk, ölkәnin vә xalqın dincliyini  pozmaq olduğunu bildirib.

Rәcәb Tayyib Әrdoğan  Türkiyənin  adları fərqli olsa da, eyni məqsədlə hərəkət edən və bir-biri ilə yaxın əlaqədə olan terror təşkilatlarının ortaq hücumuna məruz qaldığını qeyd edib.

Dövlәt başçısı FETÖ ilә PKK-nın vә DAİŞ arasında heç bir fәrq olmadığını hamısının  eyni mәqsәdә xidmәt etdiyini bildirib.

Qərb ölkәlәrinin FETÖ-nun hәyata keçirdiyi  çevriliş cəhdinə dair mövqeyini də tənqid edən Ərdoğan  dövlətdəki  FETÖ quruculuğunun hüquq çərçivəsində tamamilə təmizləyəcəyini deyib.

Dövlәt başçısı R.T.Әrdoğan çıxışı zamanı Suriya mәsәlәsinә dә toxunub.

Türkiyәnin Suriyaya yardımlar  edilmәsi  mәsәlәsinә  tәmkinli yanaşdığını xatırladan Әrdoğan Türkiyәnin  bütün xәbәrdarlıqlarına baxmayaraq  Suriyaya terror tәşkilatı  DEAŞ ilә mübarizә  adı ilә havadan edilәn  silah yardımının yarısının PKK-nın Suriyadakı davamı YPG-nin  yarısının da  DAİŞ-ın  әlinә keçdiyinә   dünya ictimaiyyәtinin şahid olduğunu qeyd edib.

Rәcәb Tayyib Әrdoğan  FETÖ başçısı Fәtullah Gülәnin Türkiyәyә ekstradisiya edilmәsi mәsәlәsindә ABŞ ilә  görüşlәrin  davam etdiyini bildirib


Etiketlәr: #PKK , #FETÖ

Әlaqәli Xәbәrlәr