Mövlud Çavuşoğlu Rusiyanın ‘’Sputnik’’ xәbәr agentliyinә müsahibә verib

Türkiyənin  Xarici İşlər naziri Mövlud Çavuşoğlu  Suriyadakı böhranın beynəlxalq arenada  səmimi  əməkdaşlıqla həll oluna biləcəyini,  Rusiyanın köməyi olmadan daimi  həllin  olmayacağını deyib.

554801

Rusiyanın ‘‘Sputnik’’ xəbər agentliyinə müsahibə verən  Mövlud Çavuşoğlu gündəmdəki proseslari qiymətləndirib.

Türkiyə və Rusiya münasibətlərinin normallaşmasını qiymətləndirən Çavuşoğlu  Rusiyanın Türkiyə üçün dost bir ölkə olduğunu və Moskva rəhbərliyinin Türkiyədən daha etibarlı  dost tapa bilməyəcəyini bildirib.

M.Çavuşoğlu  "Suriya başda olmaqla Yaxın Şərq regionunda Rusiya ilə necə əməkdaşlıq mexanizmi yaradılacaq"? sualını belə cavablandırıb:

 "Suriyada təəssüf ki, vəziyyət getdikcə ağırlaşır. Yəni savaşaraq ya da silahlı mübarizə ilə bu problemlər qısa müddətdə həll edilməz. Bu problem tək başına da həll edilməz. Bu səbəblə  siyasi həll üçün  atəşkəs üçün birlikdə çalışmalıyıq. Hazırda atəşkəsi təmin etmək lazımdır. Təəssüf ki, mülki  vətəndaşlar ölür" deyə bildirib.

Çavuşoğlu  Suriyanın sərhəd və ərazi bütövlüyü məsələsində Rusiya və İranın Türkiyə ilə eyni fikirdə  olduğuna inandıqlarını qeyd edərək, ‘‘Rusiyanın köməyi olmadan daimi həll olmaz.Bunu hər zaman söyləyirik.  Hətta İranın da. İran ilə də görüşürük və bu mənada onlarla da əməkdaşlığımızı gücləndirməliyik’’ deyә bildirib.

Әlaqәli Xәbәrlәr