Türkiyə Latviya üçün əhəmiyyətli ölkədir

Latviya Xarici İşlər Nazirliyi Ankaraya rəsmi məktubunda iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğuna diqqəti çəkib.

554113
Türkiyə Latviya üçün əhəmiyyətli ölkədir

Latviya Xarici İşlər Nazirliyi Ankaraya rəsmi məktubunda iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğuna diqqəti çəkib.

Məktubda qeyd olunur: “İki ölkə arasında mədəniyyət, təhsil, müdafiə, təhlükəsizlik və müxtəlif sahələrdə əməkdaşlıq aparılır. Türkiyə Latviya üçün çox əhəmiyyətli ortaq ölkədir. Latviya Türkiyə ilə NATO çərçivəsində əməkdaşlığı müsbət dəyərləndirir və Türkiyənin Latviyanın keçmiş Sovetlər Birliyinin işğalında olmasını heç bir zaman qəbul etməməsini unutmayıb və bunu ürəkdən alqışlayır.”

Bu arada Latviyanın Ankaradakı səfiri vəzifəsinə Peteris Karlis təyin edilib. Latviya prezidenti yeni təyin olunmuş səfiri rəsmi mərasimlə qəbul edib, tapşırıq və tövsiyyələrini verib.

1999-cu ildən Latviya Xarici İşlər Nazirliyində çalışan Vaşinqton Universitetinin məzunu Karlis, 2012-ci ildə Latviyanın Ankaradakı səfiri vəzifəsini icra edən Atis Sjanitsi əvəz edəcək.



Әlaqәli Xәbәrlәr