Qonşu dövlətlərdə FETÖ/PDY-ə qarşı mübarizə terror təşkilatı və tərəfdarlarını təlaşlandırır

Bunu Baş nazirin köməkçisi Numan Kurtulmuş Çankaya Köşkündə, diplomatiya sahəsində fəaliyyət göstərən qəzet, televiziya və bəzi qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşündə deyib.

554109

Numan Kurtulmuş Türkiyənin güclü dövlət olduğuna diqqəti çəkərək: 15 iyulda Türkiyədə xalqın göstərdiyi həmrəylik hər şeyi üstələyir. Siyasət, vətəndaş cəmiyyəti və medianın aralarındakı fərqi bir tərəfə qoyaraq, demokratiyaya sahib çıxması və bunu sonra da davam etdirməsi həm siyasətdə, həm də digər bütün sahələrdə yeni bir dilin, yeni bir tərzin inkişafına səbəb oldu. Ümid edirik ki, bu tərz və üslub davam edəcək-deyə bildirib.

Türkiyədə bundan sonra iqtisadi və siyasi sabitliyinin daimiliyinin zəruri olduğunu deyən Baş nazirin köməkçisi bir olaraq siyasi və iqtisadi sabitliyin güclənməsi məqsədi ilə struktur dəyişiklikləri edə biləcək addımların atılmasını vacib sayıb. Numan Kurtulmuş bütün imkanlarımızla Türkiyədə tam mənasıyla demokratiyanı ortaya qoyacaq addımlar atacağıq-deyə vurğulayıb.

Әlaqәli Xәbәrlәr