“Digər dost ölkələrin də Şimali Kıbrıs Türk Cümhuriyyətini nümunə götürməsini diləyirik”,R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə və Kıbrıs Türk tərəfinin Adada ədalətli, daimi və əhatəli həll yolundan tərəf olduğunu söyləyib.

554103
“Digər dost ölkələrin də Şimali Kıbrıs Türk Cümhuriyyətini nümunə götürməsini diləyirik”,R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə və Kıbrıs Türk tərəfinin Adada ədalətli, daimi və əhatəli həll yolundan tərəf olduğunu söyləyib.

Dövlət başçısı Ərdoğan Türkiyəyə işgüzar səfərlə gəlmiş Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı ilə Cümhurbaşqanlığı iqamətgahında birgə mətbuat konfransı keçirib.

Dövlət başçısı Türkiyənin adada ədalətli və daimi həll yolundan tərəf olduğunu bildirərək Kıbrıs məsələsinin həllinin adanın gerçək gücünü də ortaya çıxaracağını vurğulayıb.

Şimali Kıbrıs Türk Cümhuriyyətinin Fətullahçı Terror Teşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdi qarşısındakı mövqeyi və FETÖ ilə mübarizədəki dəstəyinə görə təşəkkür edən Dövlət başçısı deyib ki, FETÖ Şimali Kıbrıs Türk Cümhuriyyətində terror siyahısına salınıb. Bu terror təşkilatı orda özünə yer tapa bilməyəcəkdir. Digər dost ölkələrin də Şimali Kıbrıs Türk Cümhuriyyətini nümunə götürməsini diləyirik.

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı da Dövlət başçısı Ərdoğanın 15 iyul gecəsi çevriliş cəhdinə qarşı gerçək bir liderlik nümayiş etdirdiyini vurğulayıb.

Qonaq prezident Türk xalqının demokratik hüquq dövləti içində bir daha belə təhdidlərlə qarşı-qarşıya qalmayacaq şəkildə həyatını davam etdirməsini təmənni edib.

Kıbrıs məsələsinin həlli istiqamətindəki müzakirələrin daşıdığı əhəmiyyəti vurğulayan Akıncı da müzakirələrdə bərabərlik, təhlükəsizlik və azadlıq əsasları təmin ediləcəyi təqdirdə razılaşmaya müsbət yanaşa biləcəklərini söyləyib. 



Әlaqәli Xәbәrlәr