38 min məhbus azadlığa buraxılır

Ədliyǝ naziri Bəkir Bozdağ, TBMM qǝbul edilǝn qanun hökmündə qǝrarnamǝ çǝrçivǝsindǝ təxminən 38 min mǝhbusunun azadlığa buraxılacağını bildirib

553585
38 min məhbus azadlığa buraxılır

Bəkir Bozdağ, 671 nömrǝli qanun hökmündə qǝrarnamǝ rǝsmi qǝzetdǝ çap olunduqdan sonra verdiyi açıqlamada, yeni tənzimləməyǝ ǝsasǝn nǝzarǝt altında sǝrbǝst buraxma ilǝ ǝlaqǝdar qanunda dǝğişiklik aparıldığını, bu çərçivədə ilk mǝrhǝlǝdǝ 38 min mǝhbusun nǝzarǝt altında azadlığa buraxılacağını qeyd edib.

Bǝkir Bozdağ vurğulayıb ki, bu tənzimləmə əfv sayılmır və azadlğa buraxılanlar nəzarət altında saxlanılacaqlar. 1 İyuldan əvvəl törǝdilǝn cinayǝtlǝri ǝhatǝ edǝn tǝnzimlǝmǝdǝn qəsdən adam öldürmə, cinsi cinayətlər və konstitusiya nizama qarşı törǝdilmiş cinayətlər sǝbǝbiylǝ haqlarında iş kǝsilmiş olan mǝhbuslar istifadǝ edǝ bilmǝyǝcǝklǝr.



Әlaqәli Xәbәrlәr