Millətə xəyanət edən terror şəbəkəsi kökündən məhv ediləcək: R.T.Ərdoğan

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının 15-ci ildönümüylə bağlı ötən gün partiyanın mərkəzi binası qarşısında keçirilən mərasimə İstanbuldan videokonfrans vasitəsiylə qoşulub.

551805
Millətə xəyanət edən terror şəbəkəsi kökündən məhv ediləcək: R.T.Ərdoğan

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının 15-ci ildönümüylə bağlı ötən gün partiyanın mərkəzi binası qarşısında keçirilən mərasimə İstanbuldan videokonfrans vasitəsiylə qoşulub. Dövlət başçısı çıxışında Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyulda millətə xəyanət edən şəbəkələrindən hesab soruşulduğu kimi kökünü də kəsəcəklərini bildirib.

Lazım gələrsə, illərlə özlərinin əvəz ödəyəcəyini, millətə əvəz ödətdirilməyəcəyini xatırladan Rəcəb Tayyib Ərdoğan;

“İllərdir ki, bu həssaslıqla hərəkət etdik, heç bir fədakarlıqdan imtina etmədik. Təəssüf ki, bu alçaqlar o gecə 240 evladımızı, 240 qardaşımızı şəhid edərək, 2 min 195 qardaşımızı yaralayaraq, millətimizə əvəz ödətdirdilər. Millətimizə bu xəyanəti edənlərdən hesab soruşmaq və FETÖ-nün kökünü kəsmək bizim borcumuzdur.”

Ərdoğan qurucusu və lideri olmasından fəxr hissi duyduğu Ədalət və İnkişaf Partiyasından hüquqi olaraq 27 avqust 2014-cü ildə ayrılmaq məcburiyyətində qaldığını bildirb və vurğulayıb ki, partiyaya qəlbən bağlıdır.

Dövlət başçısı çıxışında Fətullahçı Terror Təşkilatına diqqəti çəkərək deyib ki, fərqli qəyyumluq mərkəzləriylə həyata keçirtdikləri hücumlardan nəticə ala bilməyənlər 2013-ci ildən etibarən yeni ssenarilərlə işə başlamağa cəhd göstərdilər, lakin sonda ziyana uğradılar.

“15 İyul gecəsi isə tariximizdə indiyədək ən alçaq, ən qanlı, ən hiyləgər təhlükəylə üz-üzə qaldıq.”-deyən Rəcəb Tayyib Ərdoğan bildirb ki, o gecə Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızmış FETÖ üzvlərinin bir qrupu hərbi formada çevirilişə cəhd etdi. Lakin millət bir olaraq istiqlalına və gələcəyinə sahib çıxmaq uğrunda mübarizə apardı.

Avqustun 7-də İstanbul Yenikapıda bir araya gələn siyasi partiya rəhbərləri və hər təbəqədən olan vətəndaşların Türkiyə tarixində yeni bir qapı açdığını vurğulayan dövlət başçısı ölkənin birliyi, bərabərliyi, qardaşlığı naminə açılan bu yeni qapıya sonadək sahib çıxılacağına inamını ifadə edib.

Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının yaradılmasının 15-ci il dönümüylə əlaqədar twitter səhifəsində də şərh yazıb.

Partiyanın 14 avqust 2001-ci ildə xalqın haqq və ədalət axtarışının bir nəticəsi olaraq yaradıldığını ifadə edən dövlət başçısı bu partiyanın Türkiyənin hərtərəfli inkişafında böyük rol oynadığını qeyd edib.



Әlaqәli Xәbәrlәr