Binəli Yıldırım media nümayəndələri ilə görüşdü

Türkiyənin baş naziri   Binəli Yıldırım Çankaya Köşkündə media nümayəndələri ilə bir araya gəldi.

551353
Binəli Yıldırım media nümayəndələri ilə görüşdü

Türkiyənin baş naziri Binəli Yıldırım Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY)  qurduqları və heç kimin istifadə etmədiyi özlərinə məxsus rabitə şəbəkələri olduğunu, bu rabitə şəbəkəsinin bazasında isə 50 mindən çox ad olduğunu bildirdi.
 
 Baş nazir 76 min 597 nəfərin aşkar olunduğunu da bildirərək: "Məmurluqdan uzaqlaşdırılanların sayı 4 min 897 nəfərdir. Bunların 3 mindən çoxu hərbçi, bir hissəsi hakim, bir hissəsi də mülkü məmurdur. Həm müvəqqəti işi dayandırılanlar, həm də məmurluqdan çıxarılanların ümumi sayı 81 min 494 nəfərdir" deyə danışdı.
 
  Binəli Yıldırım Çankaya Köşkündə media nümayəndələri ilə bir araya gəldi.
 
 Yıldırım burada verdiyi açıqlamada dövlət çevrilişi cəhdində bilavasitə iştirak etməyən, lakin arxa planda olan, və ya illərdən bəri bu bazanın hazırlanmasında fəal iştirak edən hər kəsin müəyyənləşdirib ədalətə təslim edilməsinin lazım olduğunu ifadə etdi.
 
 Baş nazir Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyasının Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı çevriliş cəhdi ilə bağlı çox aydın mövqe ortaya qoyduqlarını və həmrəylik nümayiş etdirdiklərini bildirdi və: "Bizi dərhal aradılar, bizə dəstək olduqlarını bildirdilər, hətta bu, dövlət çevrilişi cəhdindən sonra da davam etdi. Biz  bu birliyi göz bəbəyimiz kimi qoruyacağıq deyərək milyonlara söz verdik" ifadələrini işlətdi
 
Binəli Yıldırım Suriya ilə bağlı açıqlamalar verdi və: "Suriya məsələsində qarşıdakı 6 ayda çox mühüm irəliləyişlər olsa, təəccüblənməyin" dedi.

 Amerika Birləşmiş Ştatları ilə əlaqələri də gündəmə gətirən baş nazir: ", Amerika Birləşmiş Ştatları ilə FETÖ-nün təslim edilməsindən başqa heç bir anlaşmaya getməyəcəyik" dedi və ABŞ vitse-prezidenti Joe Bidenin avqustun 24-də Türkiyəyə gələcəyini bildirdi.
 
 



Әlaqәli Xәbәrlәr