Türkiyədəki çevrilişi planlaşdıran adamı anlamaq üçün onun ABŞ-dakı məktəblərinə nəzər salın

Məqalə

550845
Türkiyədəki çevrilişi planlaşdıran adamı anlamaq üçün onun ABŞ-dakı məktəblərinə nəzər salın

Türkiyə Respublikası cənab Robert Amsterdama Fətullahçı Terror Təşkilatı/ Paralel Dövlət İdarəçiliynin (FETÖ/PDY) fəaliyyətləri ilə əlaqədar beynəlxalq səviyyədə aparılan tədqiqatları  izləməyi həvalə edib.

Türkiyədə baş verən 15-16 iyul hadisələri bir sıra insanda dəhşətli thriller filmi təəssüratı yaratdı. Ordunun daxilindəki bir qrup quldur döyüş təyyarələrini ələ keçirdikdən sonra paytaxtdakı damların üstündən alçaqdan uçur, məclis binasını bombalayır, tanklar Boğaziçi Körpüsünü işğal edir, hərbi birliklər televiziya kanallarını ələ keçirir və prezidenti ələ keçirməyə çalışırlar.

 Belə bir hadisənin 80 milyonluq əhalisi və nüvə silahı olan NATO-nun üzvü olan bir ölkədə baş verməsi mümkünsüz görünürdü. Lakin təəssüf ki, demokratik yollarla seçilmiş hökumətə qarşı edilən bu dəhşətli təcavüz bir həqiqətdir və yaralarının (öldürülən 240 nəfər və yaralanan minlərlə insan daxil olmaqla )  sağalması yəqin ki, illər alacaq.

 

Hadisəyə görə məsuliyyət daşıyan şəxs olaraq müəyyən olunmuş adam

  Çevriliş cəhdindən sonra Saylorsburg, Pensilvaniya malikanəsindən dünya miqyasında FETÖ/PDY-ni idarə edən Fətullah Gülənin bu hadisəyə görə məsuliyyət daşıdığının müəyyənləşdirilməsi diqqətlərin yenidən ABŞ-Türkiyə münasibətlərində cəmlənməsinə səbəb oldu. Türkiyə Gülən haqqında yaxalama qərarı çıxardı və onun Amerika Birləşmiş Ştatlarından ekstradisiyasını tələb edir.

  Gülən dövlət çevrilişində iştirakını inkar edir və bir çox dəstəkçisi də onun belə alçaq bir hadisəni həyata keçirməkdə aciz olduğunu iddia edir.

  Vəkilləri işi daha da irəli apararaq, onun böyük ehtimalla, kəşfiyyat təşkilatlarının sıx nəzarəti altında olduğu səbəbindən dövlət çevrilişini  planlaşdırma imkanı olmadığını və belə bir təşəbbüs göstərdiyi halda, bundan həmin təşkilatların məlumatlarının olacağı kimi spekulyasiyalara yol verirlər.

Lakin  əgər Gülənin 150 müqaviləli məktəbi çox saylı pərdələnmiş şirkət vasitəsilə necə idarə olunduğuna daha yaxından baxsanız, bunun altında çox mürəkkəb bir təşkilatlanmanın olduğunu aydın şəkildə görərsiniz.

  Mənim rəhbərlik etdiyim hüquq bürosuna yeddi ay əvvəl Türkiyə Respublikası tərəfindən Gülənlə əlaqəli olan iş yerlərinin və məktəblərinin şübhəli qanunsuz fəaliyyətlərini araşdırmaq həvalə edilib. İndiyə qədər müəyyən etddiklərimiz isə şokyaradıcı faktlardır.

 

Gülənin icraları

Aldığımız donoslara görə, Gülən təşkilatı ciddi ierarxiq struktura malikdir və əmrlər, əsasən, Poconosda (Pensilvaniya ştatında yaşayış yeri) Gülənin özü tərəfindən keçirilən iclaslarda verilir və yuxarıdan aşağıya ötürülür.

 Ən üst səviyyədə yeddi nəfərdən ibarət idarəedici qrup (Məşvərət qrupu) durur. Buradan verilən əmrlər “məsləhətləşmə kabineti”nə ötürülür. Əmrlər daha sonra bir sıra region imamına, oradan da,öz növbəsində, ölkə imamları, bölgə imamları, vilayət imamları, şəhər imamları, səmt imamları, məhəllə imamları, tələbə evlərinin (İşıq Evləri) imamları və ən sonunda da tələbələrə çatdırılır. Bütün iş adamları, bürokratlar və hərbi məmurlar öz mövqeləri və əməkdaşlıqlarına görə  müxtəlif səviyyələrdə fəaliyyət göstərirlər.

 Digər tərəfdən, Gülən nadir hallarda danışır. Tədqiqatçı Joshua Hendrickin "Gülən: Türkiyə və Dünyada Bazar İslamının Müəmmalı Siyasəti" kitabı ilə əlaqədar müsahibə aldığı bir gülənçiyə görə əmrlər üzvlər tərəfindən şərh olunacaq şəkildə üstüörtülü sözlər vasitəsilə yuxarıdan aşağıya çatdırılır: "O, (Gülən) "Həyata keçirilsə,yaxşı olar" deyir. Heç vaxt "Edilməlidir" deməz . Ya da, məsələn, belə deyir: "Niyə bank açmırsınız?". Heç kimə əsla "sən" deyə müraciət etməz. Əgər o, (Gülən) bir şey deyirsə, müridlər bunun çox vacib olduğuna inanırlar və onu etmək məcburiyyətində qalırıq".

 Amma Gülən tərəfdarları bank açmaqdan daha fərqli şeylər də etdilər.

 Gülən tərəfdarları dünya miqyasında 55 min ticarət müəssisəsi yaratdılar və hər il vergi ödəyici fondundan on milyon dollar alaraq, bu pulları öz aralarında bölərək, ABŞ-dakı ən geniş şəbəkəsi olan müqaviləli məktəb sahibi oldular.

 

Amerikan müqaviləli məktəblərinin qanunsuz pul təminatı

 

 Nümunələrdən biri Kaliforniyada olan “Magnolia Dövlət Məktəbi” adlı məktəblər zənciridir. Bu məktəb o zaman Magnolia İcraçı Direktoru  (CEO) tərəfindən yaradılan ofis sahəsini istifadə edən Gülənlə əlaqəli olan bir podratçıya illik 700 min dollar verərkən yaxalanıb. Bu CEO daha sonra eyni il ərzində  Magnolianı tərk edərək qurduğu podratçı şirkətin başına keçmiş, bu sazişə imza atmağa dair əvvəlki qərarına əsasən  yüksək qazanc əldə etmişdir. Bundan başqa, Magnolianın sponsorlarından biri olan LAUSD (Los Anceles Unified School District) tərəfindən aparılan yoxlamada podratçı şirkətin Magnoliaya üçün işləyib-işləmədiyi araşdırılmışdır. Bu növ Gülən Hərəkatının yüksək səviyyəli üzvlərini böyük məbləğdə qazancla təmin edən, öz mənfəətini güdən kommersiya aktları, Gülənin indiyə qədər araşdırdığımız hər bir müqaviləli məktəb şəbəkəsində sənədlənləşdirilmişdir..

Oklahomada dövlət tərəfindən aparılan yoxlama Dove Elm Akademiyasının mülk sahibi olan Gülənə lazım olandan artıq olaraq 3.1 milyon dollar pul ödədiyini aşkar etmişdir.  Daha təəccüblü olan isə, auditorların Dove Elm Akademiyasının idarə heyətinin, mülk sahibinin idarə heyəti ilə tamamilə eyni adamlardan ibarət olduğunu müəyyən etmişdi. Gülənin Türk tərəfdarlarından ibarət olan eyni qrup ticarət əməliyyatlarının iki tərəfində də olunca, Oklahomanın dövlət fondları, müqaviləli məktəblər tərəfindən mənimsənilərək, digər işlərdə istifadə edilmək məqsədilə mülk sahibinə verilirdi.

Bəhs edilən digər məqsədlərdən biri də  heç bir Dove məktəblisinin  qatılmadığı  yarışmaya dəstək vermәk  üçün Texasdakı "Harmony Dövlət Məktəbləri" şəbəkəsinə edilmiş  175 min dollarlıq  ödəmədir.

 Buna bənzər qeyri-qanuni pul transferlәri  Gülənin nisbətən kiçik müqaviləli məktəb şəbəkələrindən  Gülənin hazırda açıq olan 46 məktəb və qarşıdakı iki il ərzində açılacaq  15 məktəbdən ibarət olan ən böyük müəssisəsi sayılan "Harmony Dövlət Məktəbləri"nə qədər hər yerdə yayılmışdır. Bu növ ödənişlər  lisenziyalı proqram ödəmələri, Zirvə Yarışı (Race to the Top) Təhsil proqramı əsasında "Harmony"nin pulsuz olaraq təmin etdiyi tədris planı  ödəmələri və "Harmony"nin pullu rəhbərlik  ödəmələri şəklində zühur edir. Bu kiçik şəbəkələrdən gələn Gülən tərəfdarları Gülən təşkilatı içərisində  yüksәldikcә  "Harmony"yə göndərilir. Bu, əslində, bir az qəribə bir haldır, çünki "Harmony "nin bu şəbəkələrə məsləhət vermə öhdəliyi vardır,  onların işçilərini almalı deyil.

"Harmony Dövlət Məktəbləri"  yaxın zamanlarda  terrorçu Fәtullah Gülənin әrazilәrindә  yeni məktəb tikintisi üçün zamin  olaraq 18 milyon dollarlıq məbləğ ödəmək barəsində heyrətləndirici bir müqaviləyə imza atdı.

Bu  yeni yer,  əlbəttə ki, ‘‘Harmony  Dövlət Məktəbləri"nin sabiq  büdcə planlaşdırma direktoru tərəfindən işlənilir. ‘‘The New York Times’’ qәzetindә  daha əvvəl nəşr olunan  bənzər  xəbərə görə,  ‘‘Solidarity Contracting’’ adlı  tikinti şirkəti  dә  "Harmony Dövlət Məktəbləri"nin keçmiş direktoru tərəfindən  işlәdilirdi. ‘‘Solidarity Contracting’’  şirkəti, eyni zamanda,  bir ay əvvəl yaradılmış  və heç bir gəliri olmayan "Harmony Dövlət Məktəbləri"  ilə 8,2 milyon dollar mәblәğindә  müqavilə  imzalamışdır.

Bu imtiyazın sahibi olan  qruplar Gülən camaatına bağlı tanınmış adamların şirkətləri və FETÖ-yə yaxın təşkilatlarla müqavilə bağlamalarına baxmayaraq, bu təşkilat ilə əlaqələrinin olmadığını iddia edirlər. Bu əlaqələri vergi sənədlərinə, təşkilati sənədlərə, səhm bəyanlarına və dövlət arxivindəki digər sənədlərə, həmçinin, Gülən heyətinə, bunları dəstəkləyən podratçılara və FETÖ-yə bağlı mədəniyyət dərnəklərinə baxılaraq da asanlıqla müəyyən etmək olar. Əməkdaşlıq içində fəaliyyət göstərən Gülən camaatına bağlı bu şəxs və qurumlar dövlətinin təhsilə ayırdığı fondları alaraq, onlardan öz kapitallarını artırmaq və gündəmlərini zənginləşdirmək üçün istifadə edirlər. Yuxarıda bəhs edilən bu müstəsna nümunələr iddialara görə, bütövlükdə öz hesablarına keçirdikləri 28 milyon dollar dəyərindəki vergi ödəmələrinə uyğun gəlir. Lakin bu vaxta qədər müəyyən etdiklərimiz aysberqin yalnız görünən hissəsidir.
 
 "The New York Times"ın xəbərinə görə, bu təşkilat  barədə ağıla gələn sual budur: Məktəblər yaradılan bu vergi ödəmələrindən FETÖ üzvlərini işlə təmin etmək üçün, yoxsa Gülənin təlimlərini dəstəkləyən yerli təşkilatlarla ticari müqavilələr bağlamaq üçün istifadə edilir?

 

Robert Amsterdam



Әlaqәli Xәbәrlәr