ABŞ, Fətullah Gülənin ekstradisiya prosesiylǝ əlaqədar Ankaraya heyǝt göndǝrir

Türkiyǝnin Ədliyǝ naziri Bəkir Bozdağ, Fetullahci Terror Təşkilatı (feto)-nun quldur başçısı Fətullah Gülənin Türkiyəyə ekstradisiya prosesiylǝ əlaqədar ABŞ Ədliyǝ Nazirliyindən 4 ekspertdǝn ibarǝt heyǝtin 22 Avqustda Türkiyəyə gələcəyini bildirib.

550724
ABŞ, Fətullah Gülənin ekstradisiya prosesiylǝ əlaqədar Ankaraya heyǝt göndǝrir

Nazir Bozdağ, Yozgat icra hakimiyyǝtini ziyarǝti zamanı jurnalistlərǝ verdiyi açıqlamada Fətullah Gülənin Türkiyǝyǝ qaytarılmasına dair prosesin davam etdiyini ifadə edərək: “15 iyul gecəsi yaşanan çevriliş cǝhdinin Türk Silahlı Qüvvətləri tǝrkibindǝki Fətullah Gülən mǝnsubu quldurlar tǝrǝfindǝn törǝdildiyi mövzusunda tərəddüd olmadığını, ölkǝ daxilindǝ dǝ bütün xalqın bunun idrakında olduğunu” qeyd edib.

ABŞ və ya Avropa ölkələrinin kəşfiyyat təşkilatlarının çox güçlü olduğunu vǝ onların da bu gecǝ haqqında konkret mǝlumatlarının olduğuna inandığını ifadǝ edǝn nazir, Türkiyə Ədliyyə Nazirliyi ilə ABŞ Ədliyyə Nazirliyi arasında Fətullah Gülənin qaytarmasıyla bağlı yazışma və danışıqların davam etdiyini, son olaraq ABŞ Ədliyyə Nazirliyi səlahiyyətlilərindən Türkiyə Ədliyyə Nazirliyinə, bir məktub göndərildiyini, hǝmin mǝktubda Türkiyəyə bir mütəxəssis heyət göndərmək istədiklərini, Türkiyǝnin bu tǝlǝbǝ verdiyi cavaba görǝ, ABŞ Ədliyyə Nazirliyi dünən 4 ekspertdǝn ibarǝt bir heyǝtin Türkiyəyə göndərilməsinǝ dair qǝrar qǝbul etdiyini vǝ bu qǝrar çǝrçivǝsindǝ Amerikalı heyǝtin 22 Avqustda Türkiyəyǝ gǝlǝcǝyini vurğulayıb.

Heyǝtdǝ yer alacaq olan Amerikalılardan üçünün Ədliyyə Nazirliyinin, digǝrinin isǝ dövlǝt katibliyinin nümayǝndǝsi olduğunu ifadǝ edǝn Bozdağ, “Heyǝt 23-24 Avqustda Ankaradakı hǝmkarları ilǝ bir araya gǝlǝcǝk. Fətullah Gülənin qaytarılması mǝsǝlǝsini bütün dünya yaxından izlǝyir. Bu sǝbǝbdǝn daha Türkiyǝ ilǝ ABŞ arasında olan bir mövzu yox, ortaq bir mǝsǝlǝ hesab edilir” deyǝ Ədliyǝ naziri Bozdağ deyib.

 



Әlaqәli Xәbәrlәr