Türkiyədə “demokratiya növbəsi” rəsmi olaraq bitmiş elan edildi

Ölkə daxilində vətəndaşlar ötən gecə sonuncu dəfə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul uğursuz çeviriliş təşəbbüsünə etiraz olaraq keçirilən “demokratiya keşiyi”ndə olublar.

549688
Türkiyədə “demokratiya növbəsi” rəsmi olaraq bitmiş elan edildi

Ölkə daxilində vətəndaşlar ötən gecə sonuncu dəfə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul uğursuz çeviriliş təşəbbüsünə etiraz olaraq keçirilən “demokratiya keşiyi”ndə olublar.

İstanbulda Taksim Meydanında axşamın ilk saatlarından etibarən toplanan minlərlə vətəndaş dövlət himnini oxuyublar. Türkiyə bayraqları ilə yanaşı Azərbaycan və Fələstin bayraqları da dalğalandırılıb.

Üsküdar Kısıklıda da ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın iqamətgahı qarşısında toplanan yüzlərlə insan birlik şüarları səsləndirib.

İzmirdə “demokratiya keşiyi”nin son günündə də vətəndaşlar Konak Meydanını boş qoymayıb. 27 gündür meydanı boş buraxmayan vətəndaşlar bir daha çeviriliş cəhdinin baş verməməsinə dair kəskin şüarlar səsləndiriblər.

Ədalət və İnkişaf Partiyasının İzmir üzrə nümayəndəliyindən bildirilib ki, demokratiya növbəsinin başladığı gündən etibarən meydana toplanan vətəndaşların hisslərini yazdığı 11 dəftər dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək.

Bilecikdə də ötən gün minlərlə insan əllərində bayraqları Cümhuriyyət meydanında toplanıb. Buradakı ekrandan dövlət başçısı və Baş nazirin vətəndaşlara etdiyi xitabı izlənilib.

Demokratiya növbəsinin sonuncu günündə Zonguldağ, Diyarbəkir, Elazığ, Batman, Mardin, Siirt, Bingöl, Kırklareli, Hakkari, eləcə də Türkiyənin digər şəhərlərində vətəndaşlar meydanlara toplanıb. 15 iyulda şəhid olanlar üçün dualar oxunub, türk birliyinə dair şüarlar səsləndirilib.

Qeyd edək ki, ötən gün demokratiya növbəsi rəsmən bitmiş hesab edilsə də könüllülər meydanları boş qoymayacaqlarını bildirib.



Әlaqәli Xәbәrlәr