Mövlud Çavuşoğlu:"Qərbin Türkiyə-Azərbaycan-Rusiya əlaqələrndən narahat olması üçün əsas yoxdur"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu  iyulun 15-dəki dövlət çevrilişi cəhdində  Yunanıstanda olan və paytaxt Ankaraya çağırılan iki hərbi atteşenin qaçdlqlarını açıqladı.

550056
Mövlud Çavuşoğlu:"Qərbin Türkiyə-Azərbaycan-Rusiya əlaqələrndən narahat olması üçün əsas yoxdur"

Özəl televiziya kanalının  qonağı olan Çavuşoğlu Yunanıstanda olan iki hərbi atteşenin avqustun 6-da ailələri ilə birlikdə bərə ilə İtaliyaya keçdiklərinin bildirdi.

Xarici işlər naziri: " Polkovnik Halis Tuncun qardaşı Hollandiyada yaşayır.  Hollandiyaya keçə bilmə ehtimalını da düşünərək həm Hollandiya, həm də İtaliyaya bildirəcəyik. Bəzi məhkəmələr onları Türkiyəyə qaytarmağı rədd etdilər. Biz onların Türkiyə ədliyyə orqanlarına təslim olunmasını gözləyirik" dedi.

Çavuşoğlu bəzi attaşelərin çevriliş cəhdi gününün axşamı səfirliklərə hakimiyyətin əllərində olduğunu söylədiklərini bildirdi və bu istiqamətdə məlumatlandırmaların da olduğunu dedi.

Xarici İşlər naziri: "Əfqanıstanda bizim silahlı birliklərimiz var. Oradakı  iki general-mayor Dubaya gedib. Ərəb Əmirlikləri onları yaxalayıb və Türkiyəyə təhvil verib. Qaçanlar da oldu. Məsəıən, Banqladeşdə olan iki məmur New Yorka qaçıb. Kazandakı bir mənur Yaponiyaya qaçıb. Dünəndən etibarən ilk geri dönüş təlimatının müddəti bitdi. Fətullahçı Terror Təşkilatı ilə əlaqəsi olan şəxslərlə əlaqədar lazımi tədbirləri gördük və görməyə davam edirik " deyə danışdı.

Çavuşoğlu Fətullahçı Terror Təşkilatl Paralel Dövlət İdarəçilyinin (FETÖ/PDY) başçısı Fətullah Gülənin Türkiyəyə  geri verilməsi ilə əlaqədar  ABŞ rəsmilərindən hələ hər hansı bir cavabın alınmadığını bildirdi və :"Ədliyyə Nazirliyi adından bir məktub göndərdik. ABŞ-dan bir heyət gəlir. Daha sonra yüksək səviyyəli səfər gözlənilir. Dəlillərlə ABŞ-a gedərək tələbimizi  təkrar bildirəcəyik. Hal-hazırdakı əməkdaşlığın bir nəticəsi olacağını gözləyirik. ABŞ Dövlət katibi Kerry və vitse-prezidenti Joe Biden Türkiyəyə gəlmək istədiklərini bildiriblər, yaxın zamanda bəlli olacaq" dedi.

Çevriliş cəhdinə yardım edən xainlərin olduğunu qeyd edən Mövlud Çavuşoğlu  Türkiyə Silahlı Qüvvələrinin bunlardan təmizlənməsinin lazım olduğunu qeyd edərək: "İncirlik Bazasındakı koalisiya təyyarələrinin fəaliyyətlərinə də təbii olaraq məhdudiyyətlər gətirildi. Bunlar tədbir çərçivəsində keçirilib. İndi heç bir problem yoxdur.  DEAŞ-a qarşı  birlikdə mübarizə aparmalıyıq. Biz rus təyyarəsinin vurulması hadisəsindən sonra da Rusyaya bunu demişdik. . Münasibətlərimizin pozulduğu  zaman da də biz bu çağırışları etdik" ifadələrini işlətdi
 
 Rusiya ilə əlaqələrdən və prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə avqustun 9-da  etdiyi səfərdən bəhs edən xarici işlər naziri səfərdə ikitərəfli əlaqələrdə  bundan sonra atılacaq addımların dəyərləndirildiyini bildirdi.
 
 Qərbin Türkiyə-Azərbaycan-Rusiya əlaqəsindən narahat olması üçün bir əsas olmadığını qeyd edən Çavuşoğlu: "Biz  Qərbə deyirik ki, siz Rusiya ilə Türkiyə arasında  münasibətlərin normallaşmasından bir şey itirməyəcəksiniz, siz dövlət çevrilişi cəhdindən sonra tutduğunuz mövqe üzündən Türkiyəni itirə bilərsiniz.  Türkiyə xalqı da bu fikirdədir. Dövlət çevrilişi cəhdindən sonra Avropa İttifaqının Türkiyəyə dəstək verməməsi buna səbəb olub" deyə danışdı.
 
Çavuşoğlu  Suriyanın gələcəyi ilə bağlı Türkiyənin Rusiya ilə eyni fikirdə olduğunu qeyd etdi və : "Suriyada müxtəlif etnik qruplar var və  hər kəsi əhatə edəcək bir idarəetmə sisteminin olması mövzusunda əvvəlcədən Rusyai ilə həmfikirik. Bütün bu sahələrdə əməkdaşlığımız bundan sonra daha da güclənəcək . Siyasi yolla sabit həllə nail olmaq məsələsində həmfikirik" dedi..
 
 Əsəd məsələsinin yalnız, Tükiyə ilə Rusiya arasında  bir məsələ olmadığını, Əsədin getməli olduğunu qeyd edən ölkə sayının daha çox olduğunu vurğulayan Mövlud Çavuşoğlu: " Xüsusilə, Körfəz bölgəsində bütün ölkələr Əsədin getməsinin zəruriliyini söyləyir, biz də eyni fikirdəyik. 500 min insanı qətlə yetirən bir rejimin ölkəni idarə etməyə davam etməsi məsələsi müzakirə mövzusu ola bilməz" dedi.

 

 

 



Әlaqәli Xәbәrlәr