İranın Xarici İşlər naziri Türkiyəyə gəlir

İranın Xarici İşlər naziri Cavad Zərif avqustun 12-də Türkiyəyə səfər edəcək.

549923
İranın Xarici İşlər naziri Türkiyəyə gəlir

İranın Xarici İşlər naziri Cavad Zərif avqustun 12-də Türkiyəyə səfər edəcək.

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/ PDY) 15 iyul çeviriliş cəhdindən sonra İranın Türkiyəyə ilk yüksək səviyyəli ziyarəti baş tutacaq.

Zərif paytaxt Ankarada Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Görüşdə Türkiyə-İran münasibətlərindən əlavə, həm də Suriya başda olmaqla regional mövzular müzakirə ediləcək.



Әlaqәli Xәbәrlәr