ABŞ Türkiyədə yaşanan terror hücumlarını pisləyib

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçü Ned Price ABŞ-ın  Türkiyənin cənub-şərqində törədilən terror aktlarını ən sərt şəkildə pislədiyini bildirib.

549514
ABŞ Türkiyədə yaşanan terror hücumlarını pisləyib

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçü Ned Price tərəfindən Şırnak, Mardin və Diyarbəkirdə PKK terrorçuları tərəfindən həyata keçirilən terror aktları ilə əlaqəli yayımlanan açıqlamada bildirilib ki, ABŞ  Türkiyənin cənub-şərqində törədilən terror aktlarını ən sərt şəkildə pisləyir.

Həyatını itirənlər və onların yaxınları üçün dua etdiklərini bildirən sözçü yaralılalara təcili şəfa diləyib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçü Ned Price terror aktları və 15 iyul çevriliş cəhdinə məruz qalan Türkiyənin NATO müttəfiqi olduğunu xatırladaraq, ölkəsinin Türkiyəyə olan sarsılmaz dəstəyinin davam edəcəyini söyləyib.

Türk rəsmilərlə yaxın əlaqədə olduqlarını söyləyən Price terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığa dair vədlərini bir daha dilə gətirib.



Әlaqәli Xәbәrlәr