General Mustafa Zəki Uğurlu ABŞ-dan sığınacaq istəyib

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə əlaqəli istintaqda haqqında saxlanılma əmri verilən və 15 iyul çevriliş cəhdindən sonra Türkiyə Silahlı Qüvvələrindən çıxarılan general Mustafa Zəki Uğurlu ABŞ-dan sığınacaq tələb edib.

549154

Əldə edilən məlumata görə ABŞ-ın Virciniya ştatındakı NATO qərargahında vəzifəli Uğurlu çevriliş cəhdindən sonra Türkiyəyə qayıtmayaraq Amerika rəsmilərindən sığınacaq istəyib.  

Norfolkdakı NATO bazasında vəzifədə olan ferari Uğurlunun iyulun 22-də vəzifə yerindən ayrıldığı, bir daha ondan xəbər alına bilmədiyi bildirilib.

İzmir Cümhuriyyət baş prokuror vəkili Okan Bato İzmirdəki hərbi casus istintaqındakı pozuntular ilə bəzi məlumatların sızdırılmasına dair tədqiqat və əldə edilən sənədlər istiqamətində Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) Türkiyə Silahlı Qüvvələri daxilindəki idarəçiliyinə dair istintaq başlatmışdı.

Fətullah Gülən və Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) yüksək səviyyəli idarəçilərinin də aralarında yer aldığı 24 nəfər haqqında saxlanılma qərarı verən Bato 2-si admiral 6 əsgərin də prokurorluğa gətirilməsi üçün Baş Qarargah Rəisliyinə təlimat göndərmişdi.

Bu çərçivədə haqqında saxlanılma qərarı olan gənəral Mustafa Zəki Uğurlunun ifadəsi alına bilməmişdi.

Әlaqәli Xәbәrlәr