Bu gün Türkiyə prezidentinin Rusiyaya səfəri başlayır

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 15 iyul çeviriliş cəhdindən sonra ilk xarici səfərini bu gün Rusiyaya reallaşdırır.

547861
Bu gün Türkiyə prezidentinin Rusiyaya səfəri başlayır

Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Rusiyaya məxsus təyyarənin vurulmasından sonra ilk dəfə bir araya gəlir.

Liderlər  Rusiyanın Sankt-Peterburq şəhərində görüşəcəklər. Qarşılanma mərasimi və ikitərəfli görüşün saat 13:00-da başlayacağı gözlənilir. Daha sonra heyətlərarası danışıqlara başlanılacaq.

Saat 16:00-da Ərdoğan və Putin birgə mətbuat konfransında çıxış edəcəklər.

Toplantıdan sonra Türkiyə və Rusiya dövlət başçılarının hər iki ölkənin iş adamlarıyla görüşü nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr