TBMM Xarici İşlər Komissiyasının nümayəndə heyəti Kanadada

Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasının rəhbəri Cəmaləddin Kani Torun başçılıq etdiyi nümayəndə heyəti Kanadada bir sıra görüşlər keçirib.

547432

Görüşlərdə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyulda çeviriliş cəhdi və daha sonra yaşananlara diqqət şəkilib. Montreal Türk Mədəniyyət Mərkəzində keçirilən toplantıda Cəmaləddin Kani Torun bildirib ki, terror təşkilatının məqsədi dövləti ələ keçirtmək idi. Lakin Türkiyə xalqı bu şəbəkə üzvlərini geri oturtdu. Bəzi qüvvələr isə Türk millətinin gücünün böyüklüyünü bir daha gördü.

Qərbin Türkiyədə elan edilən fövqəladə vəziyyətə yanaşmasını tənqid edən Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasının rəhbəri xatırladıb ki, Fransada noyabr ayından fövqəladə vəziyyət hökm sürür, lakin kiminsə səsi çıxmır. Ancaq söhbət Türkiyədən getdiyi üçün ciddi dezinformasiyalara yol verilir. Cəmaləddin Kani Torun Türkiyədə baş verənlər Qərbdə olsaydı, bizdən on qatı iş görəcəklərinə əminliyini ifadə edib.

TBMM Xarici İşlər Komissiyasının heyəti Ottavada görüşlərdən sonra Torontoya gedəcək.

Әlaqәli Xәbәrlәr