Numan Kurtulmuş özəl kanalda Türkiyədə 15 iyul dövlət çevrilişi təşəbbüsünü dəyərləndirdi

Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul dövlət çevrilişi cəhdinin əsas məqsədinin ölkəni işğal təhlükəsi qarşısında qoymaq olduğunu söylədi.

546626
Numan Kurtulmuş özəl kanalda Türkiyədə 15 iyul dövlət çevrilişi təşəbbüsünü dəyərləndirdi


Özəl  televiziya kanalının qonağı olan Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş dövlət çevrilişi təşəbbüsünü dəyərləndirdi.
 
 Çevriliş cəhdinin qarşısının millət tərəfindən alındığını, fövqəladə vəziyyət rejimi çərçivəsində qanun hökmündə olan fərmanlarla çevriliş cəhdində iştirak edənlərin ədalət qarşısında hesab verəcəklərini vurğulayan Kurtulmuş parlamentin milli iradənin təminatçısı halına gələcəyini qeyd etdi.
Kurtulmuş: "Bir daha bu adamlar bu şəkildə əllərinə bu silahları ala bilməzlər. Bu iş bitmişdir. Türkiyə 3-5  dəstə üzvünün çevriliş edəcəyi bir ölkə olmadığını sübut etmişdir" dedi.

FETÖ üzvlərinin məhkəməyə çıxarılması məsələsində olduqca diqqətli davrandıqlarını da vurğulayan Kurtulmuş:"Bu təşkilatla əlaqəsi olduğu müəyyən olunmuş insanlar cəzalarını çəkəcəklər" dedi.
 

 



Әlaqәli Xәbәrlәr