Türkiyə Suriya böhranının həllində Rusiya ilə birgə əməkdaşlığın tərəfdarıdır

Bu məsələ ilə bağlı hər zaman Rusiya ilə əməkdaşlıq etməyin yollarını axtardıqlarını deyən İbrahım Kalın vurğulayıb ki, birgə iş Suriya problemini daha tez həll edə bilər.

545261
Türkiyə Suriya böhranının həllində Rusiya ilə birgə əməkdaşlığın tərəfdarıdır

Bunu Türkiyə dövlət başçısının sözçüsü İbrahim Kalın Rusiyanın “TASS” xəbər agentliyinə müsahibəsində deyib.

Bu məsələ ilə bağlı hər zaman Rusiya ilə əməkdaşlıq etməyin yollarını axtardıqlarını deyən İbrahım Kalın vurğulayıb ki, birgə iş Suriya problemini daha tez həll edə bilər.

Rusiya və Türkiyə prezidentlərinin avqustun 9-da Sankt-Peterburqda keçiriləcək görüşünə də toxunan Kalın əsas müzakirə mövzularının ikitərəfli münasibət, Suriya böhranı və terrorla mübarizənin olacağını deyib.

İki ölkə arasında normallaşma prosesindən sonra ortaq layihələrə başlanılmasıyla əlaqədar suala cavabında dövlət başçısının sözçüsü; Ankara Moskva ilə yaxın əməkdaşlığı bütün sahələrdə davam etdirir. Bundan başqa yeni layihələr üzərində də işlər aparılacaq. Burada əhəmiyyətli olan əsas məsələ ortaq addımların hər iki ölkənin mənafeyinə xidmət etməsi, regional və qlobal problemlərin həllidir.-deyib.

İbrahim Kalın 15 iyul hadisəsindən sonra Rusiya prezidentinin dəstəyini yüksək qiymətləndirib:

“Putin çevirilişə cəhddən sonra Ərdoğana telefon edərək sərt reaksiyasını bildirdi, dəstək olduğunu söylədi. Bu çox əhəmiyyətlidir. Çeviriliş cəhdinin sovuşdurulmasından sonra isə Türkiyədə siyasi liderlik və idarəetmə, demokratik hökumət daha da gücləndi. Rusiya-Türkiyə əlaqələri də getdikcə normallaşacaq və inkişaf edəcək.”



Әlaqәli Xәbәrlәr