R.T.Ərdoğan güclü liderdir və Qərb bundan narahatdır

Bunu Macarıstanın ikinci böyük partiyası Jobbikin sədri, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qabor Vona “Anadolu” xəbər agentliyinə müsahibəsində deyib.

545620
R.T.Ərdoğan güclü liderdir və Qərb bundan narahatdır

Bunu Macarıstanın ikinci böyük partiyası Jobbikin sədri, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qabor Vona “Anadolu” xəbər agentliyinə müsahibəsində deyib. O, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çevirilişə cəhdini kəskin pisləyərək vurğulayıb ki, xalqının milli birliyi sayəsində Türkiyə fəlakətdən xilas olub. Bu isə Türkiyənin daha da güclənəcəyindən xəbər verir.

Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qabor Vona:

“Türkiyədə baş verən hadisələr məni və ailəmi sarsıtdı. Geriyə baxdığımda isə bu hadisələrin Türkiyəni zəiflətməyib əksinə daha da gücləndirəcəyini görmək, düşünmək sevindiricidir. Türkiyənin suverenliyi, azadlığı və sabitliyi üçün küçələrə axın edib, canı bahasına ölkəsini qoyan xalqı çox böyük bir tərifi haqq edir. Bu hadisə Türkiyənin güclü iqtisadiyyatla yanaşı, həm də güclü bir cəmiyyətə sahib olduğunu göstərdi.”

Qərb öz mənfəətini güddüyü üçün güclü bir Türkiyə istəmir deyə vurğulayan Qabon Vona bunu açıq izah edib:

“Zəif bir Türkiyə Avropanın xeyrinədir. Çünki Türkiyə zəifləsə, öz iqtisadiyyatını, ticarətini, bir sözlə maraqlarını qoruya bilməyəcək və belə vəziyyət Qərbin xeyrinədir. Bu məsələdə Mərkəzi Avropa ölkəsi olaraq təcrübəmizə əsaslanırıq. Türkiyənin güclü və sabit bir rəhbərliyi var. Bu rəhbərliyin demokratiya çərçivəsində hər hansı bir tənqidlə üzləşməsi normaldır. Qərbin problemi atılan addımlar deyil, əksinə Türkiyənin güclü olmasından narahatlıq duyğusunun çoxluğudur. Ərdoğan Türkiyənin lideri olduğu müddədə Türkiyənin güclü qalacağını düşünürlər və bundan narahatlıq duyurlar.”

Macarıstanda fəaliyyət göstərən FETÖ-yə aid təşkilatların bağlanılmasıyla əlaqədar aparılan işləri yaxından təqib edəcəyini deyən Vona bildirib ki, məsələ ilə bağlı Türkiyənin Budapeştdəki səfiri ilə görüşəcək, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi zəruri tədbirlər həyata keçirəcək.

Türkiyədə vəziyyətin tezliklə normal qaydasına qayıdacağına, ölkədə sabitliyin qorumasını ümidini ifadə edən Qabon Vona: “Biz Macarıstan və macarlar olaraq Türkiyəyə fərqli baxırıq. Çünki Türkiyə son dövrdəki ən perspektivli və etibarlı tərəfdaşlarımızdan biridir. Ümid edirəm ki, bundan sonra xəbərlər çeviriliş cəhdi və ya başqa problemlər haqqında deyil, Türkiyə iqtisadiyyatının nə qədər güclü olduğu və Türkiyənin daha da böyüməsi haqqında olacaq.”-deyə əlavə edib.



Әlaqәli Xәbәrlәr