Binəli Yıldırım Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında oldu

Bu gün Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında olub.

545767
Binəli Yıldırım Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında oldu

Türkiyənin baş naziri Binəli Yıldırım Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyuldakı dövlət çevrilişi cəhdindən sonra ikl dəfə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına gəldi.
 
 Baş naziri  Baş Qərargah rəisi ordu generalı Hulusi Akar, Baş Qərargahın 2-ci rəisi ordu generalı Ümid Dündar və Baş Qərargahın baş katibi general-mayor İrfan Özsərt qarşıladılar.
 
 Hərbi mərasim heyətini salamlayan Yıldırım Baş Qərargah Şərəf Dəftərini imzaladı, qarşılama mərasimindən sonra ordu generalı Akar ilə görüş keçirdi.
 
 FETÖ-nün dövlət çevrilişinə cəhdi zamanı çevrilişçilərin ilk hədəflərindən biri olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargaha dünən  prezident Rəcəb Tayyib Ərdoğan getmişdi.



Әlaqәli Xәbәrlәr