“Fətullah Gülən də, ABŞ da Türkiyənin düşmənidir”, V.Jirinovski

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Amerika Birləşmiş Ştatlarının "Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fətullah Gülənə maddi dəstək təmin etdiyini söyləyib

545141
“Fətullah Gülən də, ABŞ da Türkiyənin düşmənidir”, V.Jirinovski

  Jirinovski deyib: “Fətullah Gülən də, Amerika Birləşmiş Ştatları da Türkiyənin düşmənidir. ABŞ Güləni sadəcə qorumur, həm də ona maddi dəstək verir."

  Jirinovski mətbuat konfransında 15 iyulda çevriliş cəhdi arxasında F.Gülənin olduğunu təsdiq edərək onu “ABŞ-da gizlənən və buradan vətənini qarışdırmağa çalışan bir xain” adlandırıb və Rusiyanın seçilmiş qanuni rəhbər Rəcəb Tayyib Ərdoğanın rəhbərliyindəki Türkiyəni dəstəklədiyini bildirib.



Әlaqәli Xәbәrlәr