Dövlət Baxçeli "Demokratiya və Şəhidlər Mitinqi"nə qatılacağını bildirdi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri  Dövlət Baxçeli "Twitter"  hesabı vasitəsilə verdiyi açıqlamada İstanbulda keçiriləcək "Demokratiya və Şəhidlər Mitinqi"nə qatılacağını bildirdi.

544395
Dövlət Baxçeli  "Demokratiya və Şəhidlər Mitinqi"nə qatılacağını bildirdi
bahçeli miting davet kabul1.jpg

  Baxçeli açıqlamasında avqustun 7-də İstanbul Yeniqapıda keçiriləcək "Demokratiya və Şəhidlər Mitinqi"nə qatılacağını bildirərək 79 milyonluq Türk xalqını mirinqdə iştirak edəcək digər dövlət və siyasət adamlarıi ilə birlikdə qucaqlayacağını ifadə etdi.
Baxçeli iyulun 15-dən etibarənTürk Millətinin demokratiyanın keşiyində durduğunu qeyd etdi və " Millət iradəsi tutduğu demokratiya keşiyini Yeniqapıda finala daşıyacaq, dosta etibar, düşmənin canına qorxu salacaq" dedi.
  Baxçelinin bu "tweet"lərini ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da bölüşərək başqa bir siyasi liderin ismarıcını paylaşan  ilk siyasi lider oldu.
  Prezidentdən sonra baş bazir Binəli Yıldırım da Baxçelinin  mitinqlə bağlı "tweet"lərini bölüşdü.
  Xatırladaq ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan avqustun 7-də İstanbul Yeniqapıda keçiriləcək "Demokratiya və Şəhidlər Mitinqi "ndə iştirak etmək üçün Cümhuriyyət Xalq Partiyasının  lideri Kamal Kılıçdaroğlu və  Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçeliyə dəvət göndərib.
  Ana müxalifət lideri Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğanın dəvət etdiyi Yeniqapı mitinqinə qatılmayacağını, lakin mitinqə CHP-nin nümayəndə heyətinin göndəriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr