ABŞ rərbərliyinin Fətullahçı Terror Təşkilatı ilə birgə iş birliyi iddialarından narahatıq: T.Özhan

Türkiyə Böyük Millət Məclisi Xarici İşlər Komissiyasının sədri Taha Özhanın rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

544458
ABŞ rərbərliyinin Fətullahçı Terror Təşkilatı ilə birgə iş birliyi iddialarından narahatıq: T.Özhan

Türkiyə Böyük Millət Məclisi Xarici İşlər Komissiyasının sədri Taha Özhanın rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir. Paytaxt Vaşinqtonda ölkənin Müdafiə və Milli Təhlükəsizlik Nazirliyində keçirilən görüşlərdən sonra heyət BMT-də təşkil olunacaq görüş məqsədiylə New Yorkdadır.

Vaşinqtonda keçirilən görüşlərdə Fətullah Gülənin qaytarılması məsələsini əsas müzakirəyə çıxaran Taha Özhan deyib ki, Amerika Müdafiə Nazirliyinin Türkiyə-ABŞ əlaqələrində dərin tarixi köklərə verdiyi dəyərin fərqindədir.

ABŞ rərbərliyinin Fətullahçı Terror Təşkilatı ilə birgə iş birliyi iddialarından narahatlığını dilə gətirən Taha Özhan vurğulayıb ki, bu cür iddiaların qarşısını almaq üçün Amerika rəsmilərinin terror təşkilatı  FETÖ-nun ciddi təhlükə olduğunu anlamaları və müvafiq tədbirlər görmələrini zəruri edir.



Әlaqәli Xәbәrlәr