Türkiyədə demokratiya növbəsi ötən gün də davam edib

Ölkə daxilində minlərlə insan ötən gün də meydanlarda demokratiyasına dəstəyini göstərib.

543710
Türkiyədə demokratiya növbəsi ötən gün də davam edib
erdoğan, külliye, demokrasi nöbeti.jpg
külliye, anı defteri.jpg
fetö'nün darbe girişimine tepkiler, külliye.jpg

Ölkə daxilində minlərlə insan ötən gün də meydanlarda demokratiyasına dəstəyini göstərib.

Ankarada Cümhurbaşqanlığı və Millət Məclisi önünə toplaşanlar birliyini nümayiş etdirib. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da demokratiya qoruyucularının qarşısına çıxıb. Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ədliyyə naziri Bəkir Bozdağ və Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak dövlət başçısının yanında yer alıb.

Ötən gecə də şəhidlər üçün dualar oxunub, Qurandan ayələr səsləndirilib. Demokratiya keşikçiləri gecə ərzində birlik və bərabərlik şüarları səsləndiriblər.

Ənənəvi olaraq Kızılay meydanına da minlərlə insan toplanıb. Burada qeyri-hökumət təşkilatları da dəstəyini nümayiş etdirib.

Demokratiya qoruyucuları İstanbuldakı meydanları da boş qoymayıb. Eyni həyəcan və qətiyyətlə davam edən növbədə vətəndaşlar marşlar söyləyib, birlik şüarları səsləndirib.

Ölkə boyu davam edən və minlərlə insanın iştirak etdiyi demokratiya növbələrində çevirilişə cəhdin arxasında duran Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinə (FETÖ/PYD) kəskin etirazlar edilib.



Әlaqәli Xәbәrlәr