TBMM heyətləri ABŞ, Belçika və Fransada

"FETÖ başçısının təşkilat üzvləriylə çox rahat həmsöhbət olmasını təmin edən rabitə şəbəkələrinin kəsilməsi kimi ilkin müdaxilənin edilməsi və nəzarətdə saxlanılmasının vacibliyini dilə gətirdik", T.Özhan

543603
TBMM heyətləri ABŞ, Belçika və Fransada

  Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici işlər Komissiyasının üzvləri Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdi və sonra Türkiyədə yaşanan proseslərlə bağlı Amerika Birləşmiş Ştatları, Belçika və Fransada görüşlər keçirir.

  Komissiyanın sədri və AK Partiyanın (Ədalət və İnkişaf Partiyası) Malatya üzrə millət vəkili Taha Özhan, Kahramanmaraş üzrə millət vəkili Mahir Ünal, CHP-nin (Cümhuriyyət Xalq Partiyası) İstanbul üzrə millət vəkili Oğuz Kaan Salıcı, MHP-nin (Milliyyətçi Hərəkat Partiyası) Ərzurum üzrə millət vəkili Kamil Aydından ibarət heyət ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə-Amerika Şurasında dəyirmi masa yığıncağında iştirak ediblər.

  Sonra ABŞ Dövlət Katibliyində olan heyət əvvəlcə Demokratiya və İnsan Haqqları bölümünün məsul müşaviri Tom Malinovski, daha sonra Avropa və Avrasiya İşləri üzrə müşavir Viktoria Nulandla görüşüblər.

  Komissiyanın sədri Taha Özhan görüşlər barədə deyib: “ABŞ tərəfi Türkiyə ilə iş birliyinə açıqdır… Yaşanan hadisələrlə bağlı kədərlərini dilə gətirdilər… FETÖ başçısı Fətullah Gülənin qaytarılması məsələsinin qanuni müddətə ehtiyac olduğunu söylədilər… Biz də 1981-ci ildə Türkiyə ilə ABŞ arasında imzalanan müqaviləni və cinayətkarı ölkəsinə qaytarma ilə bağlı 9 və 10-cu maddələri yada saldıq… FETÖ başçısının təşkilat üzvləriylə çox rahat həmsöhbət olmasını təmin edən rabitə şəbəkələrinin kəsilməsi kimi ilkin müdaxilənin edilməsi və nəzarətdə saxlanılmasının vacibliyini dilə gətirdik."

  AK Partiya millət vəkili Taha Özhanın rəhbərliyilə Amerikada rəsmi səfərdə olan heyət ölkənin Daxili İşlər Nazirliyi və Pentaqonda da görüşlər keçirir.  

  Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyası üzvlərinin digər heyətləri isə Belçika və Fransadadır. Millət vəkilləri Avropalı siyasətçilər və qeyri-hökumət təşkilatları üzvləri ilə görüşlərdədir. Bir heyət paytaxt Brüsseldə Türkiyənin Belçika üzrə Baş konsulluğunda qeyri-hökumət təşkilatları nümayəndələrilə bir araya gəlib. AK Partiya və CHP-nin 4 millət vəkilindən ibarət digər heyət isə Fransanın paytaxtı Parisdə Avropa İşləri Xarici Əlaqələr Komissiyasının sədri tərəfindən Senatda qəbul edilib.



Әlaqәli Xәbәrlәr