Mövlud Çavuşloğlu   Avropa Şurasının Baş katibi Thorbjörn Jagland ilә görüşüb

Türkiyәnin Xarici İşlər naziri Mövlud Çavuşloğlu  Türkiyənin demokratiya mәsәlәsindә güzəştә getmәyәcәyini  deyib.

544186
Mövlud Çavuşloğlu   Avropa Şurasının Baş katibi Thorbjörn Jagland ilә görüşüb

Türkiyәnin Xarici İşlər naziri Mövlud Çavuşloğlu  Türkiyənin demokratiya mәsәlәsindә güzəştә getmәyәcәyini  deyib.

 Avropa Şurasının Baş katibi Thorbjörn Jagland   Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin  (FETÖ/PDY)  iyulun 15-dә hәyata keçirdiyi çevriliş cәhdindәn sonra  Ankaraya sәfәr edәrәk  Xarici İşlәr naziri Mövlud Çavuşoğlu ilә  görüşüb.

Görüşdәn sonra keçirilәn birgә mәtbuat konfransında Jagland  Avropa Şurasının  demokratik  tәşkilatlara olan dәstәyini vurğulamaq  üçün  burda olduğunu bildirib.

Türkiyәnin Avropa Şurasının Baş katibi Jaglandın Ankaraya etdiyi  sәfәrinә böyük әhәmiyyәt verdiyini qeyd edәn Xarici İşlәr naziri M. Çavuşoğlu da: ‘‘Türkiyә islahat prosesinә  güçlü şәkildә davam edәcәk’’ deyә  bildirib.

M.Çavuşoğlu Türkiyәyә  göstәrdiklәri dәstәyә görә Jagland vә Avropa Şurasına tәşәkkür edәrәk: ‘‘ Avropa ölkәlәri ilә mediası  Avropa Şurasını  örnәk almalıdır’’  deyib.

Avropa Şurasının Baş katibi T. Jagland da: ‘‘Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin  ( FETÖ/PDY)  iyulun 15-dә hәyata keçirdiyi çevriliş cәhdi qәbul  edilmәzdir. Xalqa atәş açdılar.Bu terror tәşkilatına qarşı lazımi addımlar atılmalıdır’’ deyә bildirib.



Әlaqәli Xәbәrlәr