Türkiyə xalqı demokratiyasını qorumağa davam edir

Türkiyәnin  Baş naziri  Binәli  Yıldırım Türkiyenin 15 İyul çevriliş cәhdindәn sonra daha güçlü olduğunu deyib.  Fәtullahçı Terror Təşkilatı Paralel

542844
Türkiyə xalqı demokratiyasını qorumağa davam edir
fetö'nün darbe girişimine tepkiler, istanbul.jpg
fetö'nün darbe girişimine tepkiler, istanbul.jpg

Türkiyәnin  Baş naziri  Binәli  Yıldırım Türkiyenin 15 İyul çevriliş cәhdindәn sonra daha güçlü olduğunu deyib.

 Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyinin  (FETÖ/PDY)  iyulun 15-dә  hәyata keçirdiyi çevriliş cәhdinin xalq tәrәfindәn qarşısı alındıqdan sonra başlayan demokratiya keşiyi  eyni hәyәcanla davam edir.

 Çankaya Köşkündәn telekonfrans vasitәsilә meydanlardakı vәtәndaşlara müraciәt edәn  Binәli Yıldırım çevrilişçilәrin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanı öldürmәk istәdiyini, Mәclis binasını bombaladığını vә hökumәti aradan qaldırmaq istәdiyini vurğulayıb.

Binәli Yıldırım: ‘‘ Xalqla әlaqәmizi kәsmәk  istәdilәr. Ancaq  bunu bacara bilmәdilәr. Xalqın iradәsinә xalqın silahlarıyla hücum etdilәr ancaq Allahın kömәyi vә millәtin gücü ilә bu çevriliş cәhdinin  qarşısını aldıq’’ deyә bildirib.

 FETÖ-nun çevriliş cәhdinә reaksiya göstәrәn vәtәndaşlar  İstanbulun müxtəlif bölgәlәrindә  demokratita keşiyindә durmağa davam edir.

 FETÖ-nun  çevriliş  cәhdinә  etiraz etmәk mәqsәdilә  Saraçhanәdә yerlәşәn  İstanbul Böyükşəhər Bələdiyyəsinin  qarşısında  toplaşan vətəndaşlar əllərində Türk bayraqları çevriliş cəhdi ilә bağlı  video-çarx izlәyib vә şәhidlәrә dua edib.

 Taksim meydanındakı   demokratiya   keşikçilәri isә  süarlar  sәslәndirәrәk çevriliş  cəhdinә öz etirazlarını bildiriblәr.

 Kısıklıda dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın iqamәtgahının qarşısında da  vәtәndaşlar  demokratiya keşiyindә durmağa davam edir.

Ankaranın   Kızılay meydanında da  hər gecə toplaşan vətəndaşlar əllərində Türk və İngilis dillərində yazılan  plakatlar, şəhidlərin şәkillәri  və Türk bayraqları ilә  çevriliş  əleyhinə şüarlar sәslәndirәrәk   reaksiya göstərir.

Bitlisin  mərkəzindә  və Tatvan qәsәbәsindә  18 gündür ki, meydanları tərk etməyən vətəndaşlar əllərində  Türk bayraqları ilә   "15 İyul çevrilişçilәrә  məzar olacaq", "Çevrilişə yox, əsgər kazarmaya" və "Dik dayan əyilmə bu millət səninlə" şüarları sәslәndiriblәr.

 Hakkaridə də meriya  binasının qarşısında   Türk bayraqları və dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğanın portretlərini daşıyan vətəndaşlar demokratiya keşiyindә durmağa davam edir.



Әlaqәli Xәbәrlәr