Türkiyə - Rusiya münasibətlərindəki yumşalma iqtisadiyyatda da əks olunur

Türkiyə ilə Rusiya arasında yumşalmağa başlayan münasibətlər iqtisadiyyata da əks olunur.

542725
Türkiyə - Rusiya münasibətlərindəki  yumşalma  iqtisadiyyatda da əks olunur

  Rusiya Turizm operatorları Assosiasiyası Türkiyəyə tələblərin hər gün daha da artdığını bildirdi..
 
 Rusiya Kənd Təsərrüfatı Nazirliyi də, Türkiyədən tərəvəz və meyvə ixracının yenidən başlanılması üçün heyət göndərir.
 
 Türkiyə rus turistlərin ən çox üstünlük verdiyi ölkələrindən biri idi. 
 
Lakin ötən noyabr ayında baş verən təyyarə böhranından sonra Moskva ruslardan tətil üçün Türkiyəyə getməməyi məsləhət bildi, charter uçuşları ləğv edildi.
 
 Ancaq son vaxtlarda siyasi münasibətlərdə müşahidə edilən yumşalma turizmdə keçmiş günlərə qayıdılacağından xəbər verir.

 Rusiya Turizm operatorları Assosiasiyasının açıqlamasında:"Türkiyədə baş verən hadisələrə baxmayaraq, tələb artır" deyildi.

Türkiyədə dövlət çevrilişi cəhdi ərəfəsində Moskva, Novosibirsk və Krasnodar şəhərlərindən yalnız Antalyaya birbaşa uçuşlar vardı. Artıq siyahıya Bodrum və Dalaman da əlavə olunmuşdur.
 
 Moskvanın Türkiyəyə charter reyslərinin yenidən başlaması üçün Türkiyəyə  heyət göndərməyə hazırlaşdığı bildirilir.
 
 Münasibətlərdəki yumşalma  tərəvəz və meyvə ixracına da təsir edir.
 
 Rusiya Türkiyədən ötən yazda dayandırdığı tərəvəz və meyvə ixracını yenidən başlamaq üçün Türkiyəyə ekspertlərdən ibarət bir heyət göndərir.
  
 Rusiya rəsmiləri işlərin müsbət nəticələnməsi halında idxal qadağasının aradan qaldırılacağını bildirirlər.



Әlaqәli Xәbәrlәr