Həqiqəti görməzdən gəlmək ABŞ-a yaraşmaz: Ədliyyə naziri Bəkir Bozdağ

Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fəthullah Gülənin ekstradisiyasına dair ABŞ-a bir daha çağırış edib.

542227
Həqiqəti görməzdən gəlmək ABŞ-a yaraşmaz: Ədliyyə naziri Bəkir Bozdağ

Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fəthullah Gülənin ekstradisiyasına dair ABŞ-a bir daha çağırış edib.

Konyada “demokratiya keşiyi”ndə iştirak edən nazir çıxışında vurğulayıb ki, Türkiyə ilə müsbətə doğru əlaqələr qurmaq istəyənlər bu ölkənin qanunlarına hötmət etməlidir. Fəthullah Gülənə xidmət edənlər və ya başqa terror təşkilatlarının üzvlərinin qarayaxmalarına aldanmamağa çağıran Bəkir Bozdağ deyib ki, ABŞ kimi böyük bir dövlətin Türkiyənin həqiqətlərini görə bilməməsi haqsızlıqdır. Həqiqəti görməyi bacarmayan bir ölkənin isə acınacaqlı vəziyyətdə olduğunu bildirən Ədliyyə naziri bunun ABŞ-a yaraşmadığını əlavə edib.

ABŞ-ın Türkiyədə çeviriliş cəhdinin arxasında Fəthullah Gülənin dayandığını bildiyi və buna isbat üçün dəlilə ehtiyac olmadığını deyə nazir vurğulayıb ki, Ağ Ev rəhbərliyi Güləni qaytarmayacağı təqdirdə bunu, demokratiyaya inanmış xalqına izah edə bilməyəcək.

Fəthullah Gülənin qaçacağına dair yayılan məlumatlara da diqqəti çəkən Bəkir Bozdağ Gülənin təcili tutularaq Türkiyəyə ekstradisiya edilməsinin zəruriliyini bildirib.

“Fəthullah Gülən ABŞ-ın icazəsi olmadan onsuz da qaça bilməz. Hazırki yerindən ayrılıb, başqa bir ölkəyə qaçarsa, bu yenə də ABŞ-ın ona icazə verməsiylə mümkündür. ABŞ-da yaşayaraq Türkiyədə çevirilişə cəhd etməyə çalışan birinin və artıq bütün dünyanın haqqında danışdığı bir adamın ABŞ-ın xəbəri olmadan, sivrilib aradan çıxdığı söylənərsə, buna dünya gülər.” deyə nazir qeyd edib.



Әlaqәli Xәbәrlәr