Türkiyə xalqı demokratiyasını qorumağa davam edir

Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 İyul çevirilişə cəhdinə qarşı şəhər meydanlarında toplanan vətəndaşlar “demokratiya nöbəsi”ni davam etdirir.

541377
Türkiyə xalqı demokratiyasını qorumağa davam edir

Ankarada  ‘‘Kızılay  Demokratiya’’ meydanı vә Ptezident İqamәrgahının qarşısında  vәtәndaşlar  demokratiya keşiyindә durmağa davam edir.

 Vәtәndaşlar gecә boyu şәhidlәr üçün dua ediblәr. Demokratiya  növbәsindә  siyaşәtçılәr ilә yanaşı sәnәtçilәr dә iştirak edib.

Vәtәndaşlar televiziya kanalının  canlı yayım efirinә çıxan  dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın  açıqlamalarını ekranlardan  izlәyib.

 İstanbulun  müxtəlif meydanlarda toplanan minlərlə vətəndaş  FETÖ-nun  çevriliş cəhdinә reaksiya göstәblәr.

 Saraçhanәdәki İstanbul Böyükşәhә Bәlәdiyyә binasının qarşısında  da  vәtәndaşlar  demokratiya keşiyindә durmağa davam edir.

Saraçhanәdәki  ‘‘demokratiya  növbәsi’’dә  iştirak edən Baş nazirin müavini Numak Kurtulmuş  dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğanın elan etdiyi 7 avqust gününə qədər demokratiya növbələrinin davam edəcəyini vurğulayıb.

  Bu tarixə qədər hər kəsi meydanlara çağıran N. Kurtulmuş: ‘‘Bu meydanlar, bu kürsülәr yalnız  bir partiyanın deyil bütün partiyaların tribunasıdır’’ deyib.

 Daha sonra Taksim meydanında demokratiya keşikçiləri ilә  bir araya gələn N. Kurtulmuş çevrilişçilәrin  millət,  həqiqət, bayraq, vətən tarix düşməni olduğuna diqqət çəkib.

 Dövlәt başçısı R.T.  Ərdoğanın iqamətgahının yerləşdiyi Kısıklı  qırmızı vә ağ rәngә  bürünüb.

Kısıklıdakı   ‘‘demokratiya növbәsi’’dә dә  Baş nazirin  müavini Veysi Kaynak, Enerji və Təbii Sәrvәtlәr  naziri Berat Albayrak və dövlәt başçısı R.T. Ərdoğanın qızı Esra Albayrak iştirak edib.

 Meşə və Su İşləri naziri Veysәl Eroğlu   İzmirdə  demokratiya keşiyindә durub.

 Eroğlu   çevriliş  cəhdinin hədəfinin Türkiyəni yıxmaq olduğunu, ancaq Türk xalqının fərasətinin  bütün xain planları pozduğunu deyib.

 Adanadakı  demokratiya keşiyində iştirak edәn Avropa İttifaqı üzrә nazir  Ömər Çelik vәtәndaşlara sәslәnәrәk: ‘‘Vәtәndaşımız  bu möhtәşәm  demokratiya müqavimәtinә  güc verir’’ deyib.  

 Nevşehirin   ‘‘Dirçəliş’’  meydanındakı demokratiya keşiyindә keçmiş Enerji vә Tәbii Sәrvәtlәr naziri Taner Yıldız da iştirak edib.    

Karabükdə də  şəhər meydanında əllərində plakatlar və Türk bayraqları ilә toplanan minlərlә vәtәndaş  dövlәt başçısı  Rəcəb Tayyib Ərdoğana olan  sevgilərini ifadə edib.

 Diyarbəkirdə ‘‘Park Orman’’da  toplanan  minlərlə vətəndaş, FETÖ-nun çevriliş cəhdinə reaksiya göstərib.



Әlaqәli Xәbәrlәr