Hakkari və Orduda şiddətli döyüşlər

Ordu valisi İrfan Balkanlıoğlu: “Şiddətli döyüşlər getdi. Təhlükəsizlik qrupları hadisə yerinə göndərildi".

541845
Hakkari və Orduda şiddətli döyüşlər

  Hakkarinin Şemdinli qəsəbəsində təhlükəsizlik qüvvələri ilə terror təşkilatı PKK-çılar arasında çıxan qarşıdurmada bir əsgər şəhid olub, altısı yaralanıb.

  Altınsu kəndinin İncecu obasında əməliyyat təşkil edən təhlükəsizlik qüvvələri ilə bölücü terror təşkilatı PKK-çılar arasında qarşıdurma yaranıb.

  Yaralanan əsgərlər Şemdinli Dövlət Xəstəxanasına aparılıb.

  Qaçan terrorçuların tutulması üçün hava dəstəkli əməliyyat təşkil edilib.

  Bu arada, Ordunun Mesudiye rayonuna bağlı Topçam Jandarma Polis Bölməsinin də terroçulara qarşı təşkil etdiyi əməliyyat zamanı qarşıdurma çıxıb: meşəlik sahədə PKK-lı terrorçuların açdığı atəş nəticəsində üç əsgər şəhid olub, ikisi yaralanıb. Yaralı əsgərlər Təcili Yardım maşınlarıyla yaxın xəstəxanaya aparılıb.

  Ordu valisi İrfan Balkanlıoğlu: “Şiddətli döyüşlər getdi. Təhlükəsizlik qrupları hadisə yerinə göndərildi", - deyib.

  Bölgə Jandarma komandiri bölgəyə ezam olunub.

  Hücumdan sonra qaçan terrorçuların tutulması üçün bölgədə geniş miqyaslı əməliyyat başlanılıb.



Әlaqәli Xәbәrlәr