Türkiyə Yəməndəki İnqilabçı Komitəni və onun idarəçiliyini tanımır

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Yəməndə Husilər və Ümumi Xalq Konqresi nümayəndələrinin iyulun 28-də Siyasi Şura yaradılmasına dair razılaşma ilə əlaqədər yazılı açıqlamasında vurğulanır

540874
Türkiyə Yəməndəki İnqilabçı Komitəni və onun idarəçiliyini tanımır

  Rəsmi Ankara Yəməndə ölkə boyu ictimayi asayişin yenidən bərpasını vacib sayır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Yəməndə Husilər və Ümumi Xalq Konqresi nümayəndələrinin iyulun 28-də Siyasi Şura yaradılmasına dair razılaşma ilə əlaqədər yazılı açıqlamasında vurğulanır. Qeyd olunur ki, Türkiyə BMT-nin təşkilatçılığı ilə Küveytdə keçirilən və Yəməndə problemin sülh yollu ilə həllinə dair müzakirələrdə iştirak etməyəcək.

  Rəsmi açıqlamada deyilir:

  “Türkiyə Husilərin 6 fevral 2015-ci ildə yayımladıqları, “Konstitusiya bəyannaməsi” ilə elan etdikləri, İnqilabçı Komitə vasitəsiylə hakimiyyəti ələ keçirtdiklərini - bu qeyri-qanuni idarəçiliyi tanımayıb. Yəməndə ictimai sabitliyin yenidən bərpası məqsədiylə qanuni dövlət idarəçiliyinin yaradılması vacibdir. Buna beynəlxalq ictimayyətin dəstəyi təsir edəcək. Qardaş Yəmən xalqının daimi sabitlik, təhlükəsizlik və stabilliyə qovuşması naminə ölkənin qanuni hökumətinə dəstəyimiz davam edəcək.”



Әlaqәli Xәbәrlәr