Mehmet Şimşək: "Türkiyə daha firavan, sabit və dinc bir ölkə kimi yoluna davam edəcək"

Türkiyə baş nazirinin müavini Mehmet Şimşək Türkiyə iqtisadiyyatının əsaslarının möhkəm olduğunu və  şoklara qarşı güclü müqavimət göstərdiyini söylədi.

541137
Mehmet Şimşək: "Türkiyə daha firavan, sabit və dinc bir ölkə kimi  yoluna davam edəcək"

 Mehmet Şimşək Qaziantepdə iş adamları ilə görüşdü.
 
 Mətbuata qapalı keçirilən toplantıdan sonra bir açıqlama verən Şimşək:" Türkiyə milləti ilə birlikdə daha firavan, sabit və dinc bir ölkə kimi, dünya siyasətinin isə daha böyük aktyoru kimi yoluna davam edəcək" dedi.
 
 Baş nazirin müavini Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyuldakı dövlət çevrilişi cəhdinin ölkə iqtisadiyyatına təsirləri ilə bağlı olaraq: "Türkiyənin demokratiyası daha güclü, gələcəyi daha parlaq, siyasi sabitliyi daha möhkəm vəziyyətdədir. İslahatlarla ölkəmizi daha da irəli aparacağıq" ifadələrini işlətdi.
 



Әlaqәli Xәbәrlәr